İnsanlara hürriyət, millətlərə istiqlal!

Madonnadan pulsuz konsert: 1,6 milyon insan izlədi VİDEO

425 05.05.2024 18:14 Şou-biznes A A

Dünən Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur Kopakabana çimərliyində pulsuz konsert verən Madonna təxminən 1,6 milyon pərəstişkarına unudulmaz gecə yaşadıb.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, oktyabr ayında Londonda başlayan "Celebration Tour"un son şousu üçün yüz minlərlə insan çimərliyə axışıb və “Like a Prayer”, “Vogue”, “Express Yourself”  kimi hit mahnıları coşqu ilə oxuyub. 

Konsert meydançasında tamaşaçılara pulsuz içməli su paylanıb.

Konsertdə təhlükəsizliyi təmin etmək üçün 3 mindən çox polis əməkdaşı cəlb olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR