İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Lyayenin namizədliyinə QARŞI ÇIXDI

693 25.04.2024 10:50 Siyasət A A

Fransa prezidenti Emmanuel Makron Avropa Komissiyasının sədri vəzifəsinə namizədin seçilməsi üçün Aİ liderləri ilə danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, o, AK-nin hazırkı rəhbəri Ursula fon der Lyayenin yenidən prezident seçilməsini dəstəkləmir.

"Bloomberg"in məlumatına görə, Makron İtaliyanın keçmiş baş naziri Mario Draqini bu posta namizəd hesab edib.

Agentlik yazır ki, o, artıq İtaliyanın Baş naziri Corcia Meloni ilə bu mövzuda danışıqlar aparıb.

Qeyd olunub ki, AK rəhbəri vəzifəsinə rəsmən namizəd kimi irəli sürülən Ursula fon der Lyayen son illərdə qəbul etdiyi qərarlara görə bəzi Aİ ölkələrindən narazılıqla üzləşib.

Xüsusilə narazılıqlar onun ticarət, iqlim dəyişikliyi və ABŞ-la münasibətlərlə bağlı siyasətlərinə aiddir.

Məlumata görə, Avropa İttifaqında seçkilər iyunun 6-9-da keçiriləcək. 

Ursula fon der Lyayen 2019-cu ildən vəzifəsini icra edir. Martın 7-də Avropa İttifaqının (Aİ) ən böyük siyasi qüvvəsi olan Avropa Xalq Partiyası fon der Leyenin ikinci müddətə namizədliyini təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR