İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: Fransa Rusiya ilə müharibə aparmır

519 06.05.2024 21:34 Dünya A A

Fransa Rusiya ilə müharibə aparmır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si Cinpinlə birgə mətbuat konfransında deyib.

“Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətindəyik”, - Makron bildirib.

O, qeyd edib ki, Paris Rusiyada hakimiyyət dəyişikliyinə də can atmır.

Bundan əvvəl Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirinə bildirilib ki, Rusiya Parisin müharibənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır.

Qeyd edək ki, Fransa XİN ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb və Ukraynaya hərbçi göndərilmədiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR