İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun boks FOTOsunun mənası

3043 21.03.2024 20:05 Yazarlar A A

Fransanın siyasi “maya”sında saymazyanalıq, başıpozuqluq olub, indi Qafqazda şahidlik etdiyimiz siyasət də bunun təsdiqidir

1993-95-ci illərdə Fransanın xarici işlər naziri olmuş Alen Jüpenin məşhur bir fikri var ki, indi rəsmi Parisin apardığı siyasətlə tam üst-üstə düşür. Jüpen deyibmiş: “Dünyada yaranmış olan reallığı görməliyik, amma bu o demək deyil ki, biz o reallığı qəbul etməyə məcburuq”.

Bu o vaxtlar idi ki, hələ Böyük Britaniya Avropa Birliyində aparıcı qüvvə idi. Fransanın sözü o vaxt mötəbər olurdu ki, ənənəvi rəqib olsalar da, Almaniya da Parisə dəstək versin. Yəni görünür ki, tarixi şəraitdən asılı olmayaraq, Fransanın siyasi “maya”sında Jüpenin ifadə etdiyi kimi bir saymazyanalıq, başıpozuqluq olub. İndi məsələn, Qafqazda şahidlik etdiyimiz siyasət də bunun təsdiqidir.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması Fransanın mövqeyini Avropada obyektiv şəkildə gücləndirib. Makronun mənasız şəxsi ambisiyaları, özünü sanki dünya lideri kimi təsdiq etmək həvəsi isə onu çaşdırır, düşüncəsini bulandırır. Son olaraq, boks əlcəyində qum yastığına zərbələr vuran şəklini paylaşması da (deyilənə görə, həm də fotoşopdur, o boyda muskulu yoxdur) hər şeydən öncə bu natamamlıq kompleksinin əlaməti sayıla bilər...

BOKSU.jpg (253 KB)

Fransanın həm daxili, həm xarici siyasəti ciddi böhranla üzləşib. Bu fonda prezidentin reytinqi ciddi şəkildə aşağı düşüb. Makron öz reputasiyasını xilas etmək üçün uğursuz cəhdlər edir və təəssüf ki, bu cəhdlər onu daha da çıxılmaza salır.

Ölkə daxilində fermerlərin etirazları səngimir, müxalifət onu ölkənin maraqlarını xüsusilə Afrikada bada verməkdə günahlandırır. Ötən il Fransanın ənənəvi təsir zonasındakı bəzi Afrika dövlətlərində çevrilişlər baş verib və yeni hökumətlər istiqamətini Parisdən yan çeviriblər. Makron isə Afrikada xarici siyasətdə uduzduğunu Avropada kompensasiya etmək istəyindədir.

Makronun prezident kimi üç ili qalıb. Bu müddət ərzində o, yəqin ki, adını tarixə əvvəl “sülhməramlı”, indi isə “Rusiyanı fəth edən lider” kimi yazdırmaq istəyir. Planlarını həyata keçirmək üçün Fransa lideri Ukraynaya qoşun yeridiləcəyini elan edir. Qafqazda müttəfiqi Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayındırır və silahlandırır. Moskvaya qarşı müqavimət göstərməyə həvəsli Moldova ilə hərbi müqavilələr imzalayır. Son aylar xüsusilə Azərbaycana qarşı aqressiv siyasətini daha da genişləndirib, Bakını ittiham edən bəyanatlarının sayını artırıb.

MAKO.jpg (806 KB)

Martın 20-də Fransanın baş naziri Qabriel Attal bu ölkədəki erməni təşkilatlarının əlaqələndirmə şurasındakı çıxışında Azərbaycanın öz suveren ərazilərində erməni silahlılarına qarşı apardığı antiterror tədbirlərini qınayıb, ölkəmizi guya Ermənistan ərazilərini işğal etməkdə suçlayıb. Fransa son aylar artıq bir neçə dəfədir ki, ən müxtəlif səviyyələrdə öz işğalçı tarixindən dərs çıxarmaq əvəzinə, Azərbaycana qarşı bu cür təxribat xarakterli bəyanatlar verir. Bakı Parisə gərəkən cavabı verir, amma Makron hakimiyyəti hələ ki, Jüpenin dediyi kimi hərəkət edir, Qafqazdakı yeni reallığı nümayişkarənə şəkildə rədd edir...

Makron hakimiyyətinin aqressiv tonu avropalı tərəfdaşları arasında da mənfi reaksiyaya səbəb olur. Sanki Avropanın qeyrətini (torpağın qeyrət olduğunu onun “ər”ə getmiş baş naziri bilirmi?) və qayğısını çəkmək Fransa hakimiyyətinin və onun prezidenti Makronun üzərində qalıb. Makron xəyali olaraq Rusiyanı “həm cənubdan, həm də qərbdən mühasirəyə alır”, davamlı olaraq Avropanı bu ölkəyə qarşı hərbi əməliyyatlara cəlb etməkdə davam edir. Fransa prezidenti həmçinin deyir ki, Rusiyanın məğlubiyyəti guya Avropanın təhlükəsizliyi və sabitliyi üçün lazımdır.

MAKİS.jpeg (131 KB)

Əslində isə elə onun ölkəsinin ekspertləri də etiraf edirlər ki, Makron Avropa Parlamentinə yayda keçiriləcək seçkilər öncəsi ictimaiyyəti qorxutmaq üçün Rusiya əleyhinə bəyanatlar verir. Anti-Rusiya çıxışlarının və hərəkətlərinin köməyi ilə Makron və komandası seçki kampaniyası zamanı mövqelərini möhkəmləndirməyə çalışırlar. Makron açıqlamaları ilə Fransada əsas mövzu olan fermerlərin etirazlarıyla bağlı xəbərləri artıq arxa plana keçirə bilib.

Amerikanın keçmiş dövlət katibi Henri Kissincer son müsahibələrinin birində hazırkı Avropa liderlərini hansı məsuliyyət daşıdıqlarını anlamamaqda ittiham etmişdi. O, bu sırada Fransa prezidentinin də adını çəkmişdi. Kissincer əlavə etmişdi ki, siyasi arenada müasir dünyanın çağırışlarına cavab verməyə qadir olan güclü liderlər görmür.

Kissincer Makron hakimiyyətində baş nazirlə xarici işlər nazirinin “kişi-kişiyə” yaşadıqlarını bilsəydi, Fransa haqda nə deyərdi görəsən?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR