İnsanlara hürriyət, millətlərə istiqlal!

Mark yeni sosial platforma açdı - “Twitter” onu məhkəməyə verir

1034 07.07.2023 19:30 Texnologiya A A

İlon Mask “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta” Korporasiyasını məhkəməyə verməklə hədələyir.

Musavat.com-un xəbərinə görə, bu, “Meta”nın “Threads” adlı yeni platformanı işə salmasına görə baş verib.

“Semafor” portalının məlumatına görə, “Twitter”in hüquqşünası Aleks Spiro çərşənbə günü “Meta” şirkətinin rəhbəri Mark Zukerberqə rəsmi məktub göndərib. Məktubda o, “Meta”nı “Twitter”in ticarət sirlərini və digər əqli mülkiyyət sistemini mənimsəməkdə ittiham edib. Spironun iddiasına görə, “Meta” “Threads” şəbəkəsini quran zaman hələ də ticarət sirləri və digər yüksək həssas məlumatlara çıxışı olan bir sıra keçmiş “Twitter” işçilərini işə götürüb.

“Threads” sözçüsü Endi Stoun cavabında yeni şəbəkənin texniki komandasında keçmiş “Twitter” işçilərinin olmadığını söyləyib.

“Twitter”in rəhbəri İlon Mask “Threads”in qurulmasını şərh edərkən tvitində belə yazıb: “Rəqabət yaxşıdır, amma aldatmaq deyil”.

“Threads” şəbəkə proqramı bu həftənin ortalarında istifadəyə verilib və artıq 30 milyona yaxın insan bu proqrama qoşulub. “Meta” rəhbərliyi ilkin olaraq bu şəbəkənin “Twitter”ə alternativ olacağını xəbər edib.

“Threads” bazara “Twitter”in son vaxtlar mübahisəli addımlar atdığı bir vaxtda daxil olub. Belə ki, həftəsonu sosial şəbəkə əksər istifadəçilərə baxmaq üçün mövcud tvitlərin sayını 600-ə qədər məhdudlaşdırıb. Bundan əvvəl isə “Twitter”in yeni sahibi İlon Mask şirkətdə işdən çıxarmalarla yadda qalmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR