İnsanlara hürriyət, millətlərə istiqlal!

Marukyandan sarsaq açıqlama: "Artsax" itiriləndən sonra kilsə baş qaldırdı

507 30.11.2025 15:28 Siyasət A A

Ermənistanın “İşıqlı Ermənistan” Partiyasının lideri Edmon Marukyan ölkədə kilsə ilə hakimiyyət arasında dərinləşən böhranın kökləri barədə sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, qarşıdurma "Artsax"ın itirilməsindən sonra başlayıb, məhz o zaman kilsə səsini qaldıraraq yüzlərlə məbədin, bütün xristian irsinin məhv edildiyini bəyan edib.

Marukyan bildirib ki, bundan sonra “savad­sız siyasi kütlə” kilsəni guya siyasətə qarışmaqda günahlandırmağa başladı və parçalanma prosesi dərinləşdi.

“Bir tərəfdə çıxış edən keşişlər oldu, digər tərəfdə isə “Biz özümüz üçün “Bentley”lə gəzirik, rahat yaşayırıq” deyənlər. İndi onların bəziləri gedib Nikolla əlbir olub: “Biz səninləyik” deyirlər”, - o vurğulayıb.

O, kilsə daxilindəki bu qruplaşmaların Paşinyanın planlarına xidmət etdiyini, lakin bunun cəmiyyət tərəfindən qəbul olunmayacağını deyib:

“Vəzifə sahibləri anlamırlar ki, danışdıqları islahatlar həyata keçirilsə, xalq onları qəbul etməyəcək. Müraciətə imza atanlar arasında mən yalnız ABŞ-ın Qərb Yeparxiyasının rəhbərini tam mənada saf ruhani kimi tanıyıram; qalanları haqqında isə çox acı sözlər deyilir”.

Marukyanın fikrincə, hazırkı proseslərin arxasında açıq şəkildə Paşinyanın kilsəni zəiflətmək planı dayanır:

“Paşinyanın birinci məqsədi - kilsəni dağıtmaq və parçalamaqdır. “Plan B” isə vəziyyəti elə dəyişməkdir ki, hamı susub heç nə deməsin. Hakimiyyət istəmir ki, ruhaniyyət milli məsələlərdən danışsın. Bütün proseslər bunun üçün edilir. Nikolun aparıcı mübarizəsi kilsəni təmizləmək üçün deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR