İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask qeyri-qanuni immiqrasiyanı ABŞ üçün “fəlakət” adlandırıb

296 07.05.2024 13:23 Dünya A A

Çox sayda qeyri-leqal miqrantın ABŞ-yə qanunsuz yollarla gətirilməsi ölkə üçün “fəlakət reseptidir”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask deyib.

“Yoxlamadan keçməyən çox sayda insanın immiqrasiyası fəlakət üçün reseptdir. Mən qanuni immiqrasiya prosesinin sürətləndirilməsinin tərəfdarıyam, həm də cənub sərhədinin təhlükəsizliyinin təmin olunmasının lehinəyəm”, - o, Los-Ancelesdəki Maykl Milken İnstitutunda keçirilən konfransda çıxış edərkən deyib.

Mask ABŞ-yə qanuni immiqrasiyanı “uzun, qəribə proses” kimi qiymətləndirib. “Cənub sərhədindən çox asanlıqla tullanıb keçə bilərsiniz. Çox sadədir. Mən özüm sərhədimizə baş çəkdim ki, görüm, orada nə baş verir, deyilənlər təbliğatdır, yoxsa həqiqətdir. Oraya getdim və başa düşdüm: bəli, bu doğrudur və dəlilikdir”, - milyarder deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR