İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhbus kişi qadın qiyafəsində həbsxanadan qaçıb

737 29.03.2024 12:45 Dünya A A

Venesuelada həbsxanada cəza çəkən cinayətkar qadın qiyafəsində gizlənərək həbsxanadan qaçıb.

Musavat.com xəbər verir ki, bu barədə “El Carabobeño” məlumat yayıb.

25 yaşlı Manuel Lorenzo Avila Alvarado partnyoru ilə görüşdükdən sonra Karabobo əyalətinin Tokuyito şəhərindəki islah müəssisəsindən qaçmağı bacarıb. Görüş zamanı o, qadın paltarı gedib, görüşdüyü qızın ona hədiyyə etdiyi şabalıdı rəngli parik taxıb. Ziyarətin sonunda o, qadın qiyafəsində digər ziyarətçilərlə birlikdə binanı tərk edərək mühafizəçilərin diqqətindən yayınıb.

Qaçış faktı yalnız həbsxana rəsmiləri Alvaradonun itdiyini aşkar etdikdən sonra məlum olub. Hazırda o, və onun cinayət ortağı elan edilən qız axtarılır. Polisin məlumatına görə, cinayətkarı tutmaq üçün bütün qüvvələr cəlb edilib. Buna baxmayaraq, qaçaq hazırda azadlıqdadır və gizlənir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR