İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank uçot dərəcəsini azaldıb, inflyasiyaya səbəb olacaqmı? - Ekspert rəyi

1250 01.05.2024 11:29 Ölkə A A

“Mərkəzi Bankın uçot dərəcəsini azaltması (7.5%-dən 7.25%-ə) infilyasiya göstəricilərinə ciddi təsir etməyəcək”. Bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

“Çünki mərkəzi bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsilə baş verir. Azərbaycanda bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir” deyə ekspert əlavə edib.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov onu da qeyd edib ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir: “Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır. Həmçinin likvidlik göstəricilərinin yuxarı olması uçot dərəcəsinə dair qərarların, kredit və depozit faizlərinə də təsir etməsinə imkan vermir”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR