İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb

1242 29.03.2024 11:27 Gündəm A A

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova əvvəlcə parlament rəhbərliyinin başçılığı ilə Cenevrəyə səfəri, tədbirlərdə iştirak və keçirilən görüşlər barədə məlumat verib.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib. Əvvəlcə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Daha sonra Prezidentin təqdim etdiyi ikinci qanun layihəsi, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR