İnsanlara hürriyət, millətlərə istiqlal!

Minatəmizləmə Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürür

802 26.07.2023 11:38 Texnologiya A A

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” ölkə prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Minatəmizləmə Agentliyi (ANAMA) xidmət səviyyəsinin artırılması və daha çevik həllərə malik olmaq məqsədilə informasiya sistemlərini qismən “Hökumət buludu”na miqrasiya edir. Agentlik layihə çərçivəsində “AzInTelecom”un təqdim etdiyi "IaaS" ("İnfrastructure-as-a-Service") bulud infrastrukturu xidməti əldə edib.

Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.

Agentlik, həmçinin quruma məxsus veb-saytın resurslarının saxlanılması üçün virtual server xidmətindən yararlanıb.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkət “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR