İnsanlara hürriyət, millətlərə istiqlal!

“Minlərlə zəng gəlir, təslim olmaq istəyirlər” – Tramp İran ordusuna çağırış!

1261 02.03.2026 03:03 Dünya A A

ABŞ prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatlar fonunda növbəti sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp İran Silahlı Qüvvələri və SEPAH üzvlərinə açıq şəkildə silahı yerə qoymaq çağırışı edib.

Onun sözlərinə görə, çox sayda iranlı hərbçi həyatını xilas etmək üçün təslim olmaq istəyir və Vaşinqtona minlərlə müraciət daxil olur. ABŞ lideri iddia edib ki, hərbçilər immunitet almaq ümidi ilə əlaqə saxlayırlar.

“Bir çox İran hərbçisi həyatını xilas etmək üçün təslim olmaq istəyir. Minlərlə zəng gəlir. Mən SEPAH və İran hərbçilərini silahı yerə qoymağa çağırıram, əks halda qaçılmaz ölümlə üzləşəcəklər”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, hərbi əməliyyatlar qarşıya qoyulan bütün məqsədlər reallaşana qədər davam edəcək və Vaşinqton geri addım atmaq niyyətində deyil.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR