İnsanlara hürriyət, millətlərə istiqlal!

Motosiklet daş lövhəyə çırpıldı - sürücü öldü

647 29.09.2025 10:12 Hadisə A A

Neftçalada ağır yol qəzası baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə sentyabrın 28-nə keçən gecə saat 23:30 radələrində Neftçala-Salyan avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcovun sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet idarəetmədən çıxaraq yolun kənarında olan daş lövhəyə çırpılıb.

Nəticədə 46 yaşlı sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR