İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müasir Audiovizual Baxış” Mükafatı təqdim olundu - Fotolar

419 26.01.2022 23:00 Ölkə A A

Yanvarın 26-da Mədəniyyət Naziliyi və AVTO FM 107.7 FM-in dəstəyi ilə hər həftənin şənbə və bazar günləri yayımlanan “Cinema Radio” Kino Radio Kanalının III Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi olub.

Musavat.com bildirir ki, mərasim Azərbaycanın Premium Kinoteatrı olan Cinema Plus Kinoteatrlar Şəbəkəsinin Gənclik Mallda yerləşən kinoteatrında keçirilib.

Azman Holdinqin dəstəyi ilə baş tutan mərasimi açıq elan edən tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli Kino Radio Kanal və onun Mükafatı haqqında məlumat verib.

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyi, audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” Şirkətinin rəhbəri Cavid Nemətzadə, Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev Cinema Radio Kino Radio Kanalının formatı, onun əhəmiyyətindən danışıblar. “Cinema Radio” Kino Radio Kanalının rəhbəri AzerNyuMedia Şirkətinin icraçı direktoru Kamran Qasımov və Kino Radio Kanalın aparıcısı RJ Yaqut bu ilki mükafatın sahibinu elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.

Qeyd edək ki, “Azman Holding” çoxprofilli biznes fəaliyyəti ilə məşğul olan idarəedici şirkətdir. Şirkət əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşıb.

“Azman Holding” ölkəmizdə idmanın təbliği və populyarlaşdırılması sahəsinə də öz sanballı töhfəsini verir. Şirkət çoxsaylı sosial-mədəni layihələrə, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarına, gənclərin müxtəlif təşəbbüslərinə dəstək verir, Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir. Cinema Radio Kino Radio Kanalının III Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi də şirkətin dəstək göstərdiyi layihələrdən biridir.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR