İnsanlara hürriyət, millətlərə istiqlal!

Nail Kəmərli səs-küy yaradan VİDEOsundan danışdı: “Xəbərim yox idi, indi bildim”

10662 03.01.2024 15:57 Sosial A A

“Taksi sürücüləri ilə bağlı hazırladığım verilişin ən çox baxılanlar sırasında olduğundan xəbərim yox idi. Siz dediniz, indi bildim”.

Bu sözləri Musavat.com-a açıqlamasında məşhur bloger Nail Kəmərli deyib.

Bloger bildirib ki, 20 ildir televiziya sahəsində çalışır:

“O demək deyil ki, mən ancaq narkomanları çəkməliyəm. Mən bloger kimi fəaliyyət göstərirəmsə, çalışıram izləyicilərə maarifləndirici və maraqlı nələrsə çatdırım. Onların baxa biləcəyi videolar hazırlamağa çalışıram. Baxandan sonra nəsə örnək götürsünlər. Fərqi yoxdur, taksi sürücüsü, səhəri gün digər bir mövzuda da çəkə bilərəm. Ancaq məqsəd eynidir. Bütün blogerlərin, jurnalistlərin məqsədi eyni olmalıdır – izləyici ondan nəsə öyrənsin, nəsə götürsün yaxşı tərəfdən. 2 gündən bir videolar çəkib paylaşıram, görürəm ki, insanlar yenə də baxırlar, fikir bildirirlər, bilməyənlər bilir ki, bu nədir. Maariflənirlər, ayılırlar.

Nail Kəmərli planlarından da danışıb:

“İdmançılarımızla da verilişlər hazırlamaq istəyirəm. İstəyirəm, gənclərimiz onlara baxıb idman ruhunda motivasiya alsınlar. Gənclər bu dəqiqə deyirlər ki, idman etsəm, görəsən, mənim maşınım, evim olacaq? Ona görə də elə idmançılar axtarıb tapmalıyam ki, onun maddi tərəfi yaxşı olmalıdır, altında məsələn, “Gelandewagen”i olmalıdır ki, gənc ona baxsın, desin ki, mən də bunun kimi boksçu olum, mənim də “Gelandewagen”im olsun”.

Qeyd edək ki, Nail Kəmərlinin taksi sürücüləri ilə bağlı hazırladığı verilişdə edilən açıqlamalar oxucuların diqqətinə səbəb olub.

Həmin videonu təqdim edirik: 

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR