İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?

964 24.04.2024 21:30 Ölkə A A

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təcili iclası çağırılıb.

TNS-in əldə etdiyi məlumata görə, iclas aprelin 25-də, saat 11-də keçiriləcək.

Ali Məclisin iclasının keçiriləcəyi ilə bağlı deputatlara bu gün xəbər verilib. İclasın gündəliyi açıqlanmayıb. Ona görə də deputatlar hansı məsələnin müzakirə olunacağını bilmir.

Ötən il Ali Məclis rəhbərliyinin dəyişdirilməsindən sonra keçiriləcək iclasların gündəliyi bir gün əvvəl açıqlanırdı.

Gündəliyin açıqlanmaması deputatlarda ciddi suallar yaradıb.

Ali Məclisin təcili iclasının çağırılması zərurəti yaranıbsa, deməli, vacib bir məsələ müzakirə olunacaq.

Qeyd edək ki, aprelin 21-də deputatlara iclasın keçiriləcəyi ilə bağlı məlumat verilmişdi. Ancaq aprelin 22-də iclas təxirə salınmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR