İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvana 30 ildir "kor baxanlar" Xankəndini blokadada görür-Yollar Zəngəzur dəhlizindən keçir

5289 18.12.2022 19:13 Yazarlar A A

Laçın yolunda eko-fəalların keçirdiyi aksiyanın artıq 8-ci günüdür. Bu günlər ərzində dinc aksiyaya qoşulan azərbaycanlıların tələblərinə qarşı tərəfdən məntiqə uyğun cavab və reaksiya verilməyib. Əksinə, Qərbin bəzi təşkilat və dövlətləri Azərbaycanı aksiyaya son qoymağa  Xankəndini blokadadan (!) çıxarmağa çağırıblar.

Əvvəla, adından və ilk günlərdən səsləndirilən şüarlardan da göründüyü kimi, Azərbaycan Ermənistanın davam etdirməkdə olduğu ekoloji terrora və buna dəstək çıxanlara qarşı etiraz edir. Bu, bir növ antiterror aksiyasıdır. İkincisi, Azərbaycan tərəfi gün ərzində həmin yoldan istifadə edən sülhməramlının humanitar yardım maşınını (hər halda onlar adını bu cür qoyub) buraxır, təcili yardıma qapı açır, Xankəndinə qaz verir, kommunikasiyaya məhdudiyyət tətbiq etmir və sairə. Bunun harası blokadadır? Rəsmi Bakı və eləcə də aksiyada iştirak edən fəallar indiyədək Xankəndini blokadada saxlamaq niyyətinin olduğunu açıqlamayıb. Əksinə, Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə öz köməyini təklif edib, onları quldurların dalınca gedib, həyatlarını pisləşdirməməyə çağırıb. Xankəndi separatçıların şeytan yuvası olsa da, bu aksiyaya qədər və bundan sonra da Azərbaycan dövlətinin Qarabağda yaşayan sadə ermənilərlə heç bir problemi olmayıb.

Laçın-Şuşa yolu bağlandı

O da aydındır ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər Laçın yolundan düzgün istifadə etmədi. Yenə də məkrli, terrorçu siyasətlərindən əl çəkməyib, bu yolla sülhməramlıların arxasına sığınmaqla silahdan belə daşıdılar. Bu yer Azərbaycan torpağıdır və bizim dövlət kimi bəlli sərhədlərimiz var. O sərhədlərin içində heç kim Azərbaycanın razılığı olmadan hərəkət edə bilməz. Edərsə, cavabını alar. 30 ildir ki, Azərbaycanın təbii sərvətləri ermənilər və onların havadarları tərəfindən talanıb. İndi də bu talana göz yummalıyıq?

Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə nəhayət ki, Naxçıvana baxa bilər. 30 ildir blokada vəziyyətində olan Naxçıvanla bağlı Qərb dairələrinin, dünya dövlətlərinin bir dəfə səsi çıxıbmı? Naxçıvan öz-özünə blokadaya düşməyib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 30 ildir Naxçıvan camaatı zülm çəkir. Faktiki olaraq, bu ərazimizə gediş-gəliş müşkülə çevrilib. İnsanların haqları, hüquqları, rahatlıqları pozulur. Qərbin insan haqlarını “qoruyan” təşkilatları isə bunu bir dəfə olsun görməyib, haqqında danışmayıblar. İndi durub hansısa mif blokadadan danışıb, Azərbaycanın guya Xankəndini əsarətdə saxladığını deyirlər. Əgər regionda real blokada görmək istəyirlərsə o zaman Naxçıvana baxsınlar. 

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür -  Azerbaijan Airlines

Naxçıvanı blokadadan çıxarmaq üçün isə Ermənistanı da xilas edən Zəngəzur dəhlizi layihəsinə baxmağın zamanı çoxdan çatıb. Əgər müxtəlif dairələr blokadadan danışırlarsa və buna qarşıdırlarsa, o zaman Zəngəzur dəhlizinin həyata keçməsi üçün Ermənistana da təzyiq etsinlər. Çünki regionun inkişafı, Naxçıvanın blokadasının, Ermənistanın özü-özünü təcrid etməsinin çıxış yolu bu dəhlizdir. Üstəlik, dəhlizlə bağlı hüquqi əsas da mövcuddur. 10 noyabr üçtərəfli bəyanatına Ali Baş Komandan, Prezident İlham Əliyevin təkidi ilə  9-cu bənd salınıb.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Ancaq sonradan bu bəndin həyata keçməməsi üçün hər cür oyuna əl atdılar. Azərbaycan BMT-nin qətnamələrinin, ATƏT-in  Minsk qrupunun yalançı görüşlərinin azad edə bilmədiyi Qarabağı öz gücü ilə azad etdiyi kimi Zəngəzur dəhlizini də açacaq, Naxçıvanı da blokadadan çıxaracaq. Ancaq beynəlxalq aləmin bu ikili standartları görünür heç zaman bitməyəcək. Əgər bunun əksini iddia edirlərsə, bundan gözəl imkan ola bilməz. Bizdən dinc aksiyanı dayandırmağı tələb etdikləri kimi Zəngəzur dəhlizinin açılmasına da çalışsınlar.

Zəngəzur dəhlizinin açılması region üçün yeni fürsətlər ortaya çıxaracaq -  TƏHLİL

Zəngəzur dəhlizini özündə ehtiva edən formatda əməkdaşlıq regionda sabitlik və tərəqqi üçün fundamental əhəmiyyət kəsb edir və bu, Cənubi Qafqazda ən çox Ermənistana lazımdır. Çünki indiyədək Ermənistanla əməkdaşlıq etməsə də, Azərbaycan inkişaf göstəricilərinə görə regionun lider ölkəsidir və əldə etdiyi nailiyyətlərlə bu statusu daha da möhkəmləndirmiş, çox­saylı transmilli layihələr həyata ke­çirib. Buna görə də, əminliklə demək olar ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən Ermənistan sabit və davamlı inki­şaf edə bilməyəcək. Bu mənada Azərbaycanın müharibədən sonra­kı dövrdə sülh və münasibətlərin inkişafı ilə bağlı təklifləri də Ermənistanın xilas yolu kimi qiymətləndirilə bilər.

İndi də ekofəallar həm bölgəni, həm də elə Ermənistanın özünü xilas edirlər. Ermənilər anlamırlar ki, bu gün Vardanyan kimilər öz ciblərini güdərək təbiəti məhv etməklə onların gələcəyini də məhv edir.

Bütün bunlara son qoyulmayana qədər təbii ki, aksiya da bitməyəcək. Yenə də itirən ermənilər, uduzan Ermənistan olacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR