İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən "U dönüşü" - Təyyarədən enmədi, diplomatik böhran yaşandı

2031 17.11.2022 15:26 Dünya A A

Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Liviyaya səfəri zamanı diplomatik böhran yaşanıb.

Musavat.com xəbər verir ki, Yunanıstanın XİN başçısının Liviyaya səfəri çərçivəsində əvvəlcə paytaxt Tripoliyə gedərək Liviya Prezident Şurasının sədri Məhəmməd Menfi ilə görüşəcəyi, daha sonra isə Benqaziyə gedərək Tobrukdakı Nümayəndələr Palatasının sədri Akile Salihlə görüşəcəyi gözlənirdi.

Lakin Tripoliyə planlaşdırılan səfər iki ölkə arasında siyasi krizisə səbəb olub.

Tripoli hökumətinin xarici işlər naziri Necla Manquş Yunanıstan nazirini qarşılamaq üçün hava limanında olsa da, Dendias təyyarədən enməkdən imtina edib və Manquşla görüşmədən Benqaziyə gedib.

Liviya Xarici İşlər Nazirliyi mövzu ilə bağlı yazılı açıqlama verərək Yunanıstanı qınayıb.

WhatsApp Image 2022-11-17 at 15.24.47.jpeg (47 KB)

Açıqlamada Liviya xarici işlər nazirinin diplomatik prosedurlara uyğun olaraq hava limanında Dendiası gözlədiyi, lakin yunan nazirin heç bir izahat vermədən oradan ayrılması pislənib: "Bu hərəkəti təəssüflə pisləyirik. Nazirliyimiz ölkəmizin nüfuzunu və suverenliyini qoruyan diplomatik tədbirlər görəcək”.

Yunanıstan mövzu ilə bağlı verdiyi açıqlamada, Dendiasın səfərinin ləğv edilməsinin səbəbinin Liviya Xarici İşlər Nazirliyinin pozuntusu ilə bağlı olduğunu iddia edib.

Xatırladaq ki, ötən ay Türkiyə Liviya ilə dəniz enerjisi layihəsində müqaviləyə imza atıb.

İki ölkə arasında imzalanmış karbohidrogen sazişi Türkiyə və Liviya şirkətləri arasında quruda və dənizdə qarşılıqlı mənfəət konsepsiyasına uyğun olaraq kəşfiyyat sahəsində əməkdaşlıq qurmaq məqsədi daşıyır.

Birgə neft və qaz kəşfiyyatına imkan verən "Karbohidrogen sazişi" ilə Türkiyə Liviyanın kontinental şelfindən istifadə edərək neft və onun törəmələrini çıxarmaq üçün beynəlxalq hüquqlara sahib olacaq. Elan edilən iqtisadi zona həm şərqi Aralıq dənizi ölkələrinin, həm də digər xarici güclərin qısqanclığına səbəb olub.

Nigar Cəfərli,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR