İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nə Avropa İttifaqı, nə də ABŞ Azərbaycana mane olmayacaq"

1564 01.11.2023 22:30 Ölkə A A

"İynə üstündə oturan ermənilər..."

“Al Jazeera ” yazır ki, 4 min əhalisi olan Meğri öz balı ilə tanınır. Elə Megri sözü də ermənicə bal şəhəri anlamını verir. Ancaq indi buralarda yaşayanların həyatı o qədər də şirin deyil...

Ermənilər kütləvi şəkildə Qarabağı tərk etdikdən sonra 74 yaşlı təqaüdçü Marqo yerli kafedə oturub qəhvə içir və deyir ki, Meğrini də Qarabağın taleyi gözləyir. Keçmiş piano müəllimi hesab edir ki, son qələbədən sonra cəsarətlənən Azərbaycan indi də Azərbaycanı Naxçıvan anklavından ayıran strateji torpaq zolağı olan doğma regionunun bir hissəsini ələ keçirməyə çalışacaq. 

Meghri.jpg (88 KB)

“Hər gün, hər saat narahatıq. Biz hətta onların qoşunlarının sərhədlərimizdə harada yerləşdiyini bilirik”, - deyə Marqo bildirib.

“Biz torpağımızı heç bir halda onlara verməyəcəyik. Biz sona qədər mübarizə aparacağıq. Amma azərilər bu torpaqları ələ keçirsələr, hamımızı buradan zorla çıxaracaqlar”. 

Screenshot_2.png (560 KB)

“CivilNet” saytının redaktoru Karen Harutyunyan da narahatdır. O deyir: “Ancaq mənim qorxum ondan ibarətdir ki, ictimaiyyət arasında anti-Rusiya əhval-ruhiyyəsinin artmasına baxmayaraq, son nəticədə Paşinyanın hərəkətləri Rusiyanın Ermənistana təsirini artıracaq”.
Erməni redaktor Azərbaycanın Ermənistana hücumunu da son dərəcə real sayır: “Əgər bu baş verərsə, heç kim Azərbaycana mane olmayacaq: nə Avropa İttifaqı, nə də ABŞ”...

Xəbərin orijinalı: https://www.aljazeera.com/news/2023/10/20/armenians-fear-after-karabakh-offensive

 

Elbəyi Həsənli, SÜRİX

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR