İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" yoxsa, "Qalatasaray": Bakıda maraqlı VİDEOSORĞU ŞOK təxminlər...

4250 15.09.2020 17:54 Gündəm A A

Məlum olduğu kimi, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi “Qalatasaray” olacaq.

Azarkeşlərin maraqla gözlədiyi oyun sentyabrın 17-də Bakıda keçiriləcək. Artıq indidən sosial şəbəkələrdə, mətbuatda gedən müzakirələrdən oyuna böyük maraq olduğu görünür. Azərbaycanda "Cim-bom" tərəfdarları da çox olduğundan, bəzi azarkeşlər yerli komanda ilə qardaş Türkiyə klubu arasında seçim etməkdə çətinlik çəkirlər.

Bəs görəsən, "Neftçi" - "Qalatasaray" oyunda azərbaycanlı izləyicilər ən çox hansı komandanı dəstəkləyəcəklər? Oyuna bir neçə gün qaldığı vaxtda, proqnozlar və arzular necədir? Azarkeşlər hansı komandanın Avropa Liqasında şanslarının daha yüksək olduğunu düşünürlər?

Musavat.com-un reportyor qrupu bu suallara aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib.

Maraqlı cavabları daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Alim Liftiyev
Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR