İnsanlara hürriyət, millətlərə istiqlal!

"Netflix" hesabını digərləri ilə paylaşan istifadəçilərə PİS XƏBƏR

1052 27.05.2023 19:54 Texnologiya A A

"Netflix" yayım platforması hesab şifrələrinin pulsuz paylaşılmasını qadağan edir.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, platforma şifrələri digər insanlarla paylaşılmasını ödənişli edib. Bu xidmət ayda 7,99 dollara (təxminən 13 manat 58 qəpik) başa gələcək. 

Şirkətdən bildirilib ki, platforma artıq ABŞ-də qeyri-qanuni hesab paylaşımına qarşı mübarizə aparmağa başlayıb. Abunəçilərə ünvanlanan məktubda "Netflix" hesabınız sizin və birlikdə yaşadığınız insanlar üçündür" deyə, qeyd olunub. Yəni, ailənin üzvü olmayan insanlarla hesabı paylaşmaq üçün istifadəçilər aylıq ödəniş etməli olacaqlar.

Şirkət düzgün ödəniş etmədən "Netflix" hesabına daxil olmağa cəhd edən cihazları müəyyən müddətdən sonra bloklamağa başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR