İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda yol qəza baş verib, xəsarət alanlar var

1054 03.05.2022 20:52 Ölkə A A

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi 99-BG-907 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və daha bir qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR