İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyuldu

379 14.01.2026 12:52 Şou-biznes A A

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan  məşhur aktyor Oktay Kaynarca və məşhur müğənni Emel Müftüoğlu sərbəst buraxılıb. 

Musavat.com xəbər verir ki, prokurora verdiyi ifadələrdən sonra Oktay Kaynarca və Emel Müftüoğlu məhkəməyə göndərilib və daha sonra ölkədən çıxışına qadağa tətbiq olunmaqla sərbəst buraxılıblar.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində arasında tanınmış aktyor Oktay Kaynarca və aktrisa Emel Müftüoğlunun da olduğu  6 nəfər saxlanılıb.

İstanbul Baş Prokurorluğunun nəzarəti ilə aparılan araşdırmada şübhəlilərə qarşı narkotik və psixotrop maddələrin saxlanılması, fahişəliyə sövq etmə, eləcə də qanunsuz qumar fəaliyyətinin təşkili kimi ağır maddələr üzrə ittihamlar irəli sürülüb. Hüquq-mühafizə orqanları bildirir ki, əməliyyatlar bir neçə ünvanda paralel aparılıb, maddi sübutlar götürülüb və rəqəmsal materiallar ekspertizaya təqdim edilib.

Könül

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR