İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Bakıya gəlmədi, biz Xankəndinə gedərik

2572 14.03.2023 21:38 Yazarlar A A

Daha erməninin nəinki kiçiyi-küçüyü, hətta Ermənistandakı böyüyü də Azərbaycana şərt kəsmək iqtidarında deyil…

Ermənilərin danışıqlar üçün Bakıya gələ biləcəyinə ən optimist adamlar belə inanmazdı və təəssüf ki, ehtimallar doğruldu. Erməni separatçıları gəlməməklə bir axmaqlıq etmişdilərsə, Bakıya şərt irəli sürməklə özlərini lap qanmaz yerinə qoydular. Danışıqlarda onları tərəf kimi tanımalı, Qarabağ münaqişəsi beynəlxalq gündəmdə olan məsələ kimi müvafiq beynəlxalq strukturların vasitəçiliyi və zəmanəti ilə həll edilməli, Laçında aksiyaya son verməli və sairə...

Ağılları torpaqlarımızın 20 faizi işğal altında olan vaxtlara gedib, o zaman doğurdan da şərti onlar diktə edirdilər. Hətta o qədər çaşmışdılar ki, “Şuşada Azərbaycanın konsulluğunu aça bilərsiz” kimi aşağılayıcı tona keçmişdilər. Bunları təəssüf ki, ölkə olaraq yaşamışıq. Həm də bunca bir məxluqtların tikanlı sözlərini eşidərək, illərlə danışıqlar aparmışıq, ümid etmişik ki, torpaqlarımızdan çıxacaqlar. Sadəlövhlük deyildi bu, ölkənin durumu düşmənə layiqli cavab verməyə imkan vermirdi. Şükür, zaman yetişdi, intiqam qiyamətə qalmadı. Daha ermənini nəinki kiçiyi-küçüyü, hətta Ermənistandakı böyüyü də Azərbaycanla şərt kəsmək üslubundan imtina edib. Zaman şərt kəsmək zamanıdırsa, onu Azərbaycan edə bilər. Amma yenə üslubuna, ədəbinə görə davranır dövlətimiz, bunları öz vətəndaşı kimi mərkəzə, əsl paytaxtlarına çağırıb problemlərini, dərdlərini dinləməyə dəvət edir. Əvəzində isə bu cür qəbuledilməz, köntöy cavab alır.

İndi yeni termini dövriyyəyə buraxıblar. Guya “Bakı sülh epoxası illüziyası yaratmağa çalışır...” Bunlar doğurdan da millət olaraq e-poxadır, tarixən belə olublar. Könül istərdi ki, heç bulaşmayasan. Fəqət neyləməli, bunlar yapışıblar zəli kimi Azərbaycandan. Daha qanını sora bilmirlər, amma başımıza problemdirlər, könlümüzü bulandırmaqda davam edirlər…

Xankəndidəki separatçı rejimin hazırda kimin quyruğuna bağlı olduqları bəllidir, bu gün Ermənistana da nota kimi bir kağız imzalayıb göndəriblər. Ermənistana da şərt qoyurlar, hədə-qorxu gəlirlər. Səbəb? Guya Ermənistan “artsax xalqının” mənafeyinü düşünmür, “təhlükəsiz və azad yaşamaq hüququnu” gözardı edir. Sonda da hakimiyyət orqanlarından Ermənistan Ali Sovetinin 8 iyul 1992-ci il tarixli qərarını yerinə yetirməyi tələb ediblər.

Screenshot_2.png (708 KB)

Yaddaşları təzələyib söhbətin hansı “qərardan” getdiyini xatırlayaq. 1992-ci il iyulun 8-də Ermənistanın qanunverici orqanı ““dqr”in və onun əhalisinin hüquqlarını ardıcıl şəkildə müdafiə etməyi öhdəsinə götürüb. Bu “respublikanın” Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı sənədin Ermənistan üçün qəbuledilməz olduğunu bəyan edib. İndi separatçılar Paşinyanın rəhbərlik etdiyi Ermənistanı bu qondarma sənədlə şantaj edirlər. “Nəinki bizi Azərbaycanın tərkibi kimi qəbul etmək, hətta bizi təhdidlərdən qorumağa borclusunuz” deyirlər. Ermənistandakılar da ermənilərdir, Paşinyan da Araikin inandığı yalanlarla böyüyüb. Amma Ermənistan hakimiyyəti onu da anlayır ki, yenə müharibə olarsa, bu dəfə də onların qanı töküləcək. Köçəryan, Sərkisyan, Araik kimilər yenə aradan çıxacaqlar, Paşinyanın yaxası isə erməni anaların əlində qalacaq. Ona görə, Paşinyan hakimiyyəti çox bərkinə gedə bilmir, Tağı Əhmədovun sözü olmasın, Qarabağ məsələsində yalnız “burcuda bilir”, o tərəfə keçə bilmir…

Screenshot_3.png (505 KB)

Guya Volkov, ya bir başqası bunların qulağına “danışıqlara getməyin” deməsiydilər Araik və dəstəsi “uça-uça” gələcəkdilər? Xeyr, özlərinə saxta xəritə düzəldib onilliklərlə “Böyük Ermənistan” xülyası ilə yaşayıblar, SSRİ dağılanda da bunları inandılrıblar ki, “indi məqamdır, Qarabağı, sonra nəyə gücünüz yetsə işğal edin, daha o torpaqlarda əbədi sizin olacaq”. Osmanlı imperiyasından sürgün ediləndən başlarına bunca işlər gəlib, amma baxın, yenə eyni xəyalda yaşayırlar. Bu, yol azmaq deyil, nədirsə İlahi qarğışdır, belə lənətləniblər...

Bakıya gəlməməkləri isə heç dərd deyil, Xankəndə biz gedərik, həm də gərək olarsa, əli kötəkli…

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR