İnsanlara hürriyət, millətlərə istiqlal!

Orxan Cabbarzadə “TEKNOFEST 2023”ün final mərhələsinə vəsiqə qazanıb FOTO

953 25.04.2023 13:44 Texnologiya A A

Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Cabbarzadə Orxan 27 aprel – 1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında keçiriləcək olan “TEKNOFEST 2023” Aviasiya, Kosmos və Texnologiya Festivalının “İnsanlık Yararına Teknoloji Yarışması Afet Yönetimi Kategorisi Üniversite ve Üzeri Seviyesi” üzrə final mərhələsinə vəsiqə qazanıb.

Musavat.com xəbər verir ki, 2022-ci ildə ölkəmizdə ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında tanış olduğu Türkiyə vətəndaşları ilə Azərbaycan-Türkiyə qardaşlığını əsas tutub birlikdə irəli sürdükləri layihə pilotsuz uçuş aparatının zəlzələ, yanğın və sel kimi fəlakətlərdə insanları və heyvanları sağlam və sürətli xilas etməyə yönəlib.

Hazırladıqları pilotsuz uçuş aparatı lazımi müdaxiləni etmək üçün ilk addım kimi üzərində olan görüntü emal sistemimi ilə havadan yerdəki canlıların həyati fəaliyyətlərini aşkarlamaq üçün hər hansı bir canlının axtarışına başlayır. Sözügedən PUA axtarış və skan fəaliyyətləri nəticəsində müəyyən edilən insan və heyvanların koordinatlarının müvafiq qurum və şəxslərə ötürülməsini təmin edir və bu müddət ərzində yardım gələnə qədər yaşam fəaliyyətlərini davam etdirə bilmələri üçün lazımi qidaların olduğu “həyati paket” adını verdikləri paketi aşkar edilən insan və heyvanların yanına buraxaraq qısa müddətdə əsas ehtiyaclarının qarşılanmasına dəstək olur və onlara yardım qrupunun gəlməkdə olduğunu səsli şəkildə bildirir.

Bununla yanaşı, sel kimi fəlakətlərdə şişmə qayıq və yanğın kimi fəlakətlərdə isə “əjdaha nəfəsi” dedikləri yanğınsöndürmə toplarını atmaqla həm insanların həyatını xilas edir, həm də fəlakətlərin irəliləməsinin qarşısını ala biləcək fəaliyyətlər həyata keçirir.

qalib.jpeg (4.57 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR