İnsanlara hürriyət, millətlərə istiqlal!

Övlada zorla dini tərbiyənin qadağan edilməsinə fərqli mövqelər

2132 22.06.2021 08:10 Mənəviyyat A A

Milli Məclis “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edib; tanınmışlardan çarpaz baxışlar...

 

Milli Məclis “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edib. “Yeni Müsavat” xəbər verir ki, əvvəl həmin qanunda deyilirdi: “Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər”.

 

Yeni dəyişiklikdə isə belə deyilir: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”.

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: “Türkiyə-Rusiya Birgə Monitorinq  Mərkəzinin fəaliyyətə başlaması olduqca əhəmiyyətli bir hadisədir”

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, dini təbliğ etmək qadağan deyil. Onun sözlərinə görə, valideynin övladına dini təbliğ etməsini, yaxud bir şəxsin başqasına dini təbliğ eləməsini qanun qadağan etmir: “Amma burada ”zorla" ifadəsi var. Yəni döyməklə, hədə-qorxu gəlməklə dini təbliğat nəzərdə tutulur".

Q.Əlibəyli hesab edir ki, dini təbliğat psixoloji təzyiqlərlə ola bilər:  “Qanuna dəyişiklik də bunu nəzərdə tutur. Amma ”zorla" ifadəsinin məzmunu daha dəqiq ifadə edilməliydi. Ümumilikdə qanuna dəyişiklik normaldır. Çünki valideyn övladına psixoloji-mənəvi təzyiq etməklə dini tərbiyə edirsə, qanun bunu qadağan edir".

Əhəd Məmmədli – AĞ PARTİYA

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli qanuna dəyişikliklə razılaşmır. Onun fikrincə, bu, inanclı insanın hüququnu pozmaqdır: “16 yaşa qədər övlad valideynin himayəsindədir. Onda sən valideynlərə sekulyarizmi, ateizmi zorla tərbiyə etməyi də qadağan etməlisən”.

Ə.Məmmədli xatırlatdı ki, Azərbaycanda əhalinin böyük hissəsi müsəlmandır, bayrağımızda İslamın rəngi var: “Biz Azərbaycanda yaşayan hansı yəhudi ailəsinə deyə bilərik ki, övladını sinaqoqa aparma? Eyni sözləri xristiana da aid etmək olar, hansı rusa uşağını kilsəyə aparmasını qadağan edə bilərsən? Ona görə təəssüf edirəm ki, biz sovet rejimindən xilas olsaq da, bu cür qanunlara dəyişikliklərin şahidiyik”.

Rəsul Mirhəşimli: “Bu xəbərlər oxucunun daha çox əsəblərinə toxunur” –  Yenicag.Az

Rəsul Mirhəşimli 

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli hesab edir ki, dəyişikliklərdə nəzərdə tutulan məsələ qanunu təkmilləşdirməkdən daha çox islamafob yanaşmanı ortaya qoyur: “Çox qəribədir, dini etiqad azadlığı adlanan qanun nədən yalnız azadlıqların məhdudlaşdırılması ilə nəticələnməlidir? Bu dəyişiklik cəmiyyətdə ailə institutunun dağıdılması istiqamətində mənfi tendensiyalar yaradacaq. Valideynin üzünə ağ olmağın hüquqi bazasını yaratmaq cəmiyyətin inkişafında müsbət rol oynaya bilməz”.

Jurnalistin fikrincə, övladların tərbiyəsində valideynin iştirakını məhdudlaşdırmaqla sağlam cəmiyyət qurmaq mümkün deyil: “Uşaqların təhsil seçimində valideynin rolu inkar edilmirsə, dini etiqad azadlığının formalaşmasında da valideynlərin iştirakını qadağan etmək olmaz”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR