İnsanlara hürriyət, millətlərə istiqlal!

Panteonda dəfn şousu - Paşinyanın Parisə səfərinin yeddi uğursuz məqamı - ŞƏRH

1412 22.02.2024 16:26 Analitika A A

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya işgüzar səfəri bir sıra ziddiyyətli məqamlarla yadda qalıb.

Birincisi, Misak Manuşyanın meyitinin qalıqlarını niyə 80 ildən sonra həyat yoldaşı Melina ilə birlikdə Parisdə Panteonda yenidən dəfn ediblər? Panteon Fransanın tarixi-arxitektura abidəsi sayılır. 1791-ci ildən bu qəbiristanlıqda ölkənin məşhur adamları dəfn olunur. İki erməninin meyitinin qalıqlarının indi bu məzarlıqda basdırılması Fransa prezidenti Emmanuel Makronun Ermənistana diqqətinin göstəricisi sayıla bilər. Müqavimət hərəkatının hər iki üzvü Fransa Kommunist Partiyasının üzvləri olub. Onlar faşistlərə qarşı açıq döyüşməyiblər. İkinci Dünya müharibəsi illərində Misakın dəstəsi fəaliyyət göstərib. Ər-arvad kommunist olduqları üçün Fransanın həmin siyasi təşkilatına, bəlkə də SSRİ-yə casusluq ediblər. Sonralar Meline müsahibələrindən birində bildirib ki, Misakı Kommunist Partiyası üzvlərindən biri satdığı üçün edam edilib. Onun dəstəsində ispanlar, macarlar, yəhudilər, ermənilər və başqa xalqların nümayəndələri də təmsil olunublar. Onların arasından Misakın cəsədinin qalıqlarının seçilib Panteonda basdırılması müqavimət hərəkatının o biri üzvlərinə sayğısızlıqdır. Başqa tərəfdən ehtimal etmək olar ki, E.Makron və N.Paşinyan belə mərasimlə Rusiyaya qarşı olduqlarını da nümayiş etdiriblər. Belə anlaşılır ki, onlar kommunist Misakın qalıqlarının basdırmaqla Ermənistanın Moskva ilə bağlı əlaqələrinin tarixdə qaldığını göstərirlər. Bu həm də Paris-İrəvan əməkdaşlığı üçün yeni dövrün başladığı anlamına gəlir.

d356e748-c913-319d-b1e3-aab58e6d.jpg (162 KB)

İkincisi, Fransa prezidenti yenə nəyi unudub? Tədbirdən sonra N.Paşinyanla mətbuat konfransında E.Makron çıxışında yenə Ermənistan hakimiyyətinin, erməni cəmiyyətinin adından danışmaqla dövlətlərarası münasibətlərin gərginləşməsi üçün əlavə səbəb yaradıb. O, Azərbaycanın daxili işlərinə qarışmaqla beynəlxalq hüququ pozub. Fransa rəhbəri 36 il əvvəl Ermənistanda qovulan 300 min qərbi azərbaycanlının pozulan haqlarını xatırlamadan, onların hüquqlarının bərpasını yada salmadan, Qarabağı könüllü olaraq tərk etmiş erməni sakinlərin geri dönüşündən danışıb. E.Makronun da Ermənistanı müdafiə etmək üçün əlində tutarlı sənəd olmadığından hazırda hüquqi əsası olmayan Almatı bəyannaməsindən yapışıb və çıxış yolu tapa bilmədiklərini isbatlayıb. Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarın Azərbaycan üçün heç bir hüququ əsas yoxdur. O, bu məhkəmənin qərarından danışmaqla rəsmi Bakıya qarşı boşboğazlıq edib, ermənilərin başını sığallayır.

Fransanın dövlət başçısı Azərbaycanın da iştirak etdiyi Orta Dəhliz nəqliyyat yoluna alternativ olan İrəvanın irəli sürdüyü “Sülh kəsişməsi” adlı reallaşması mümkünsüz bir ideyanı dəstəklədiyini bildirməklə regional əməkdaşlıq və inteqrasiyaya vasitəçilik etmək istədiklərini gizlətməyib.

6f97e596-9fa2-375f-a5b9-f0906d31.jpg (182 KB)

Üçüncüsü, E.Makronun sülhsevər cildi yırtıldı. O, fevralın 12-də Azərbaycan-Ermənistan sərhədyanı bölgədə erməni hərbçilərin törətdiyi təxribata münasibəti ilə özünü və hakimiyyətini yenə ifşa edib. Eyni zamanda, İrəvan və və Parisin sülhsevərliyindən ağızdolusu danışan dövlət başçısı Fransa ordusunun Afrikada, ermənilərin Xocalıda və Azərbaycanın başqa bölgələrində törətdikləri soyqırımı unutmaqla balıq yaddaşlı olduğunu göstərib.

Dördüncüsü, rəsmi Paris Cənubi Qafqazda hansı rolu oynayır? Makron Ermənistanın müdafiə qabiliyyətinin artırılmasında iştirak edəcəklərini vurğulamaqla bölgədə tarazlığın pozulmasında rol oynadıqlarını gizlətməyib.

Beşincisi, Ermənistanın baş naziri Fransanın ətəyindən nyə yapışıb? Nikol Paşinyan çıxışında Fransadan nicat ummaqla öz ölkəsinin regionun maraqlarını ikinci plana çəkib. Bununla da Cənubi Qafqazda Fransaya daha çox üstünlük verdiklərini nümayiş etdirib. Paşinyan hesab edir ki, Rusiya və qərb dövlətləri arasında Ermənistana ən yaxını Fransadır. Çünki hər ikisinin ənənəvi türk düşmənliyi birləşdirir.

4080d2bd-b423-3850-a687-6c76738d1373.jpeg (26 KB)

Altıncısı, Fransa və Ermənistanın qısqanclığı nədədir? Fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev bu posta yenidən seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. Paris və İrəvan təşkil etdikləri dəfn şousu ilə Bakı-Ankara əməkdaşlığı və əlaqələrini qısqandıqlarını ortaya qoydular.

Yeddincisi, azərbaycanlı Əhmədiyyə Cəbrayılovun Misakdan böyüklüyü nədir? İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovdur. O, Fransanın 18-ci prezidenti Şarl de Qolla eyni cəbhədə döyüşüb. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Rus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları, o cümlədən "Hərbi medal"larla, ölkənin ali mükafatı “Fəxri Legion” ordeni ilə təltif olunub. 1994-cü il yanvarın 6-da “Front National” Milli hərəkatının məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim etmişdi. Bu baxımdan Fransa və Milli Müqavimət Hərəkatına Əhmədiyyə Cəbrayılovun xidməti daha böyük olub. Misak Manuşyanın 23 nəfərlik qrupun arasından seçib qəhrəman kimi təqdim olunması da Yelisey sarayının tarixə və hadisələrə baxışının göstəricisidir.

N.Paşinyanın Parisə işgüzar səfərinin yeddi məqamı E.Makron hakimiyyətinin Ermənistandan regionda əlaltı kimi istifadə etdiyini bir daha isbatlayır.

Sədrəddin Soltan,
Report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR