İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan kansler Şoltsla Azərbaycandan danışdı

563 09.04.2024 19:04 Region A A

Aprelin 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Musavat.com bildirir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər. Paşinyan qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin 14 may və 15 iyulunda Brüsseldə, 2023-cü il oktyabrın 5-də Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarlar qəbul etməyə hazırdır. O, bu prinsipləri təhrif etmək cəhdlərini qəbuledilməz adlandırıb.

Tərəflər Ermənistan və Almaniya arasında əməkdaşlıq məsələlərini və Ermənistanla Aİ arasında əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Paşinyan kanslerə Ermənistanda demokratik islahatları dəstəklədiyinə, həmçinin Ermənistan-Almaniya və Ermənistan-Aİ əlaqələrinin inkişafına kömək etdiyinə görə təşəkkür edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR