İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qazaxın 4 kəndini qaytarmağa hazırdır, lakin bu, sülhə zəmanət vermir

2917 10.04.2024 13:05 Region A A

"Tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və bir-birinə ciddi təhlükələr yaradır"

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

Paşinyan bildirib ki, həm mən, həm də hökumət üzvləri çoxdan tarixi Ermənistanın psixologiyasının və ənənələrinin daşıyıcılarıyıq və yalnız 2022-ci ildə biz bəyan etmişik ki, dövlətçiliyimizin ilk illərindən Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsində əsas amil diqqətdən kənarda qalıb - Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri.

O qeyd edib ki, Ermənistan Respublikasının mövcudluğu məsələsi 2016-cı ilin aprel müharibəsindən sonra qaldırılıb, lakin Dağlıq Qarabağ məsələsi çoxdan bağlanıb.

O, həmçinin bəyan edib ki, Tavuşda (Tovuzqala - red.) sərhədlərin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər, lakin müharibənin olmayacağına zəmanət vermir. “Məsələnin həllindən imtina yeni müharibəyə tam zəmanət verir. Və bu mənfi təminat zərərsizləşdirilməlidir. Biz Azərbaycanın Tavuş rayonundan (Tovuzqala - red.) və Qazax rayonunun 4 kəndindən delimitasiya prosesinin başlamasının əleyhinə deyilik”, - Paşinyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR