İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə MÜHARİBƏDƏN DANIŞDI 

1253 07.05.2024 15:02 Son xəbər A A

“Demarkasiya prosesinin dayandırılması, yəni Ermənistan üçün təhlükəsizlik təminatlarının formalaşdırılması prosesinin durdurulması təklif edilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkata və bu hərəkatın irəli sürdüyü tələblərə toxunarkən bu sözləri işlədib.

“Deyirsiniz, prosesi dayandırın, amma bundan sonra nə olacaq? Və bir şey olacaq - müharibə başlayacaq. Üstəlik, belə olan halda müharibə qeyri-qanuni sayılmayacaq. Demarkasiyaya son qoyulmasını tələb edən qüvvələr həm bu qüvvələrin, həm də xarici qüvvələrin dəstəyi ilə Ermənistandan yeni ərazilər zəbt etmək üçün hər şeyi edəcəklər ki, bundan ölkədə siyasi dəyişikliklər üçün istifadə etsinlər”, - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR