İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Zəngəzur dəhlizi planı - paraflanma sənədinə imza atan baş nazir...

810 14.11.2025 11:57 Siyasət A A

Azərbaycan Zəngəzur dəhlizinin tikintisini sürətlə aparır. Bu gedişlə gələn ilin ortalarına qədər layihə başa çatdırıla bilər. Amma burada diqqətçəkən məqamlardan biri Ermənistan tərəfi ilə bağlıdır. Məlumdur ki, Nikol Paşinyan hökuməti hələ dəhlizin tikintisinə başlamayıb.

Erməni baş nazirin planı nədir? Sülhdən öncəki yekun - paraflanma sənədinə qol çəkən Paşinyan nə üçün dəhlizin tikintisinə start verməyi yubandırır?

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında bu istiqamətdə təxminlərini bölüşüb:

“Ermənistan Zəngəzur dəhlizinin tikintisinə 2026-cı ilin ikinci yarısından başlayacaq. Görünür, baş nazir Nikol Paşinyan seçkiləri keçirib, qalibiyyət əldə etdikdən sonra tikinti işlərinə başlanmasını planlaşdırır. Amma proses gecikir. Zəngəzur dəhlizində marşrutunda işlərə daha tez başlamaq olar.

Görünür, seçkilərdən sonra tikinti işlərinə Azərbaycan da dəvət edilə bilər. Çünki ABŞ Azərbaycanın tikinti işlərinə cəlb edilməsində maraqlı tərəfdir. Bununla ABŞ maliyyə ayrılmasını azalda və Ermənistanla Azərbaycan arasında birgə layihənin həyata keçirilməsinə dəstək verə bilər. Amma Azərbaycan Zəngəzur dəhlizində indidən işlərə cəlb olunsa, seçkilər qabağı Nikol Paşinyana qarşı müxalifət bundan istifadə edəcək. Zəngəzur dəhlizində tikinti işləri gələn ildən başlayarsa, 2028-ci ildə dəmir yol xətti istifadəyə hazır ola bilər.

ABŞ Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır. Çünki Mərkəzi Asiya ilə birbaşa quru əlaqələr bu marşrut vasitəsilə həyata keçiriləcək. Mərkəzi Asiyadan daşınan yüklər Azərbaycan və Zəngəzurdan keçməklə Türkiyədə Aralıq dənizində konteynerlərə yüklənib ABŞ-a daşınacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR