İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşev: “Krokus terrorçuları ilə Ukrayna arasında əlaqə təsdiqlənib”

402 17.04.2024 14:10 Ölkə A A

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, istintaq “Crocus City Hall”da baş verən terror aktının birbaşa icraçıları ilə ukraynalı millətçilər arasında əlaqəni təsdiqləyib və prosessual olaraq möhkəmləndirir.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, Arxangelskdə keçirilən təhlükəsizlik görüşü zamanı o, terror aktının qeyri-insaniliyin və Rusiyaya nifrətin bariz nümunəsi olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 22-də baş vermiş faciə qurbanlarının sayı 144-ə çatıb, 551 nəfər xəsarət alıb. Ukrayna sərhədinə doğru qaçmağa cəhd edən terror aktını törədən 4 nəfər saxlanılıb, daha sonra 5 nəfər də bu işə görə məsuliyyətə cəlb edilib.

Martın 28-də İstintaq Komitəsi “Krokus”da terror aktının birbaşa icraçıları ilə Ukrayna arasında əlaqə olduğuna dair sübutların olduğunu bildirib. İdarənin məlumatına görə, yaraqlılar Ukrayna tərəfdən pul və kriptovalyuta alıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR