İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxt sakinlərinə "Qara cümə" şoku - kimi necə aldadıblar?

1148 24.11.2023 19:11 Reportaj A A

Bu gün dünyanın bir çox ölkələrində dilimizə “Qara cümə” kimi tərcümə olunan “Black Friday” günü keçirilir. "Qara cümə" günündə xüsusilə brend mağazalar böyük endirimlər təqdim edir, ticarət mərkəzlərinin açılışı çox erkən saatlarda, hətta gecə yarısı belə başlayıb, gecə saatlarına qədər davam edir.

Bəzi məşhur şirkətlər öz məhsullarına hətta 80 faizə qədər endirim edir ki, insanlar da kütləvi şəkildə bu endirimlərdən yararlanmağa çalışırlar.

Artıq bir neçə ildir Azərbaycanda "Qara cümə" kampaniyaları keçirilir. Bəs ölkəmizdə "Qara cümə" endirimləri nə dərəcədə realdır? Alıcılar bu endirimdən nə qədər yararlana bilirlər?

TV Müsavat-ın əməkdaşları bununla bağlı paytaxt mağazalarına üz tutub, alıcıların və satıcıların, eyni zamanda ekspertin rəyini öyrənib.

Hazırladığımız videoreportajı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR