İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: “ABŞ kəşfiyyat məlumatlarını Ukraynaya ötürmür”

356 06.05.2022 10:45 Son xəbər A A

Birləşmiş Ştatlar Kiyevdəki hakimiyyət orqanlarına rus hərbçilərinin harada olması ilə bağlı kəşfiyyat məlumatı vermir.

AzVision.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi brifinqdə bildirib. “Biz Ukraynaya yüksək rütbəli Rusiya hərbi komandirlərinin harada olması ilə bağlı kəşfiyyat məlumatı vermirik və Ukrayna silahlı qüvvələrinin zərbələri üçün hədəf seçilməsi ilə bağlı qərarların qəbulunda iştirak etmirik.

Açığını deyim ki, ukraynalıların məlumatı bizdən qat-qat çoxdur. Bu onların ölkəsidir, ərazisidir. Və onların kəşfiyyat məlumatlarını toplamaq üçün öz effektiv yolları var.”, - ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR