Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin yaxın günlərdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşüb-görüşməyəcəkləri ilə bağlı suala aydın cavab verməyib.
Peskov bildirib ki, hazırda Putinin ikitərəfli görüşlərinin qrafiki üzərində iş gedir:
“Biz indi prezidentin ikitərəfli görüşlərinin qrafikini hazırlayırıq. Onu sammitin ümumi tədbirlər kontekstinə uyğunlaşdırmaq lazımdır. Əgər görüş planlaşdırılarsa, biz sizi məlumatlandıracağıq”, – deyə Kremlin sözçüsü qeyd edib.
Xatırladaq ki, ŞƏT-in növbəti sammitində regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdə iştirakı gözlənilir.
Musavat.com






