İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

2739 29.06.2026 15:12 Ölkə A A

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.

Qanun iyulun 1-dən qüvvəyə minir.

Dövlət başçısı həmçinin Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanla səlahiyyətli nümayəndəliyin strukturu təsdiqlənib. Beləliklə, səlahiyyətli nümayəndəliyin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR