İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hakimiyyətə onlardan birini gətirə bilər

3420 18.07.2023 11:25 Yazarlar A A

Rusiya prezidentinin “Sankt-Peterburqa qaça biləcəyi”, “Belarusa sığınacağı”, “könüllü istefaya gedəcəyi” və ya “hakimiyyəti varislərdən birinə ötürəcəyi” haqda iddialar haqda...

Rusiya prezidenti Putinin hakimiyyətdən gedə biləcəyi haqda illərdir yazılır, amma son aylar bu mövzu daha da ciddi və ardıcıl xarakter almağa başlayıb.

Putini Ukrayna müharibəsinə sürükləməkdə əsas məqsəd də zatən Rusiyada hakimiyyət dəyişikliyi idi. Bunu qoca Bayden bir dəfə ağzından qaçırdı da, amma sonra ona dedilər ki, başqa ölkədə hakimiyyət dəyişikliyi etmək pis qəbul edilir, ona görə ABŞ prezidenti sözlərinə düzəliş etdi.
Sirr deyil ki, bütün bu sanksiyalar, silahlar, maddi dəstəklər və sairənin əsas məqsədi həm də Putinin hakimiyətdən getməsinə hesablanıb. Putin hakimiyyətinin ölkə iqtisadiyyatına tətbiq edilən sərt sanksiyalardan zəifləyəcəyi gözlənilən idi. Amma Putini zəiflədən təkcə bu iqtisadi faktorlar deyil, onun idarəetməsində də gözlənilməz çatlar yaranıb. Bu ayının qocalması ilə müqayisə oluna bilməz, Putin güc amilinə üstünlük versə də, hakimiyyəti daha rasional üsullarla idarə etmək bacarığına sahib idi. Amma indi az qala hamı onun haqda keçmiş və ya tükənmiş lider kimi danışır...

Kim ki, Putinin müharibə kampaniyasında iştirak etməmək, həm də əlindəki sərvəti qorumaq istəyirdi onlar aradan tez çıxdılar. Bəziləri ən müxtəlif səbəblərdən ölkədən nə kapitallarını, nə bizneslərini çıxara bildi, onlar gedə bilmədilər, bəziləri isə milyardlarını gözləyən təhlükə ilə barışmalı oldular. Onlar Putinə rəqib deyirlər, məcburi yol yoldaşıdırlar. Bəlkə də “cəhənnəmə gedən özünə yoldaş axtarar” deyimi burda yerinə düşür...

Putini xaricə səpələnmiş dağınıq müxalifətin yıxması da real görünmür. Ən ağıllıları guya Mixail Xodorkovski idi, o da son qiyamda rusiyalıları silahla küçələrə çağırmaqla “potensialını” göstərdi. Onlarla Qərb həm də bu səbəbdən işləmir, təkcə real güclərini deyil, həm də ağıllı olmadıqlarını bilirlər. Klassik qaraguruhun isə daha nəinki Rusiyada, heç bir xırda vilayətdə hakimiyyət dəyişiklik etmək potensialı yoxdur. Hakimiyyətdə gizli təşkilatmış kiçik qruplar da əlbəttə ki, var, amma onlar da daha böyük “boss” və Putinə devirməyin məsuliyyətini üzərinə götürəcək “ağ atlı oğlan” axtarışından o tərəfə gedə biləcəkləri şübhəlidir. Priqojinin müəmmalı qiyamı o təəssüratı yaratdı ki, “ağ atl oğlan”, “Vaqner”in rəhbəri ola bilər, amma o da görünür, ya lazımı dəstəyi ala bilmədi, ya da Putin onu hansısa bilinməyən vədlərlə yarıyoldan qaytarmağı bacardı.
Qalır, ordu ki, onun hərəkətlənməsi Putin hakimiyyətinin əlbəttə ki, sonu ola bilər. Ordu rəhbəri isə Putinin birgə ova getdiyi, yəni güvəndiyi adamdır.

178157372_0_128_2772_1870_1920x0_80_0_0_9968bfd83e5746866fd6493b35da2392.jpg (301 KB) 

Bəs, o halda Putinin “Sankt-Peterburqa qaça biləcəyi”, “Belarusa sığınacağı”, “könüllü istefaya gedəcəyi” və ya “hakimiyyəti varislərdən birinə ötürəcəyi” haqda iddialar realdırmı?

İndi həm dünyada, həm müharibədə, həm Rusiyada elə vəziyyətdir ki, heç bir variantı istisna etmək də olmur. Bu variantlar içərisində Putinin hansını seçə biləcəyi daha çox maraqlıdır. Təhlükəsizlik Şurasının tərkibinə baxın, daimi üzvlərindən və üzvlərdən bir neçəsi leninqradlıdır. Yəni Putinin “zemlyakları”. Təhlükəsizlik Şurasının katibi Patruşev də daxil. Təhlükəsizlik Şurası Rusiyanın “ürəyidir”, həm də formal qurum deyil, Putinin əsas qərarları qəbul etdiyi orqandır. Əgər Putin 2024-cü ilin 17 martında keçiriləcək prezident seçkisində iştirak edəcəksə, bunu ilin sonunda-dekabrda elan etməlidir. Qanun belə tələb edir. Təhlükəsizlik Şurasının daxilində Putinin varisləri ola biləcək kadr bankı var, elə leninqradlılar da daxil. Əgər Putin prezident seçkisində iştirakdan imtina edərsə, mümkündür ki, o tərkibdən biri (və leninqradlılardan biri) namizədliyi verilsin, yəni necə deyərlər, bundan sonra “öz Kələkisinə” qaçıb sığınmağa gərək qalmaya bilər. Bu halda hakimiyyətə təsiri olan “Boz kardinal” kimi pərdəarxasını çəkilməsi də mümkün kimi görünür.

Əgər ölkədə qəfil və gözlənilməz hadisələr olarsa (məsələn, vətəndaş müharibəsi)Putinin Belarusa sığınacağı əlbəttə ki, əsas ehtimaldır, amma bu, onun üçün hətta ölümdən də betər ağır tale olardı. Gedərmi bu addıma, qaçarmı, bu fərziyyənin üzərindən fikir yürütmək qeyri-ciddi görünər. Putin xaraktersiz adam deyil, həm də prezident o vaxt ölkədən qaçır ki, onlara daha ailəsindən başqa heç kim dəstək vermir. Sentimental düşünsək, Putinin illərdir ailə deyilən dəstəyi də yoxdur. Onun ailə təhlükəsizliyi deyilən bir qorxusu da olmamalı, məncə... 

yWfpJzGcuVY.jpg (626 KB)

Nəhayət, istefa verib, hakimiyyətdən birdəfəlik çəkilməsi haqda. Bu bəlkə də ən optimal və ağrısız yol kimi görünür. Bu gün saytların birində AMİP lideri Etibar Məmmədovun Rusiyada mümkün hakimiyyət və parçalanma ehtimalı ilə bağlı mövqeyini oxudum. Etibar Məmmədov deyib ki, “Vaqner” qiyamı da Putin rejiminin daxildən çox zəif vəziyyətdə olduğunu göstərdi. “Amma əvvəl-axır bu konflikt növbəti mərhələsinə keçməlidir. Bununla paralel artıq Rusiya dövlətinin dağılması prosesi də gedir. Bunun özü də təhlükəlidir. Çünki tarixən böyük dövlətlərin, imperiyaların çökməsi kiçik dövlətlər və xalqlar üçün böyük fəlakətlərə, faciələrə gətirib çıxarır. Ona görə də Rusiya imperiyasının dağılması prosesinin də tədricən getməsi daha faydalı olardı. İndiki dövrdə də Rusiyanın parçalanması Azərbaycan üçün də çox təhlükəlidir”. Razılaşmaq olar.

Biz Putinin nə yolla olursa-olsun getməsini və Rusiyanın dağılmasını arzulaya bilərik, amma bu həqiqətən də yaxın ölkələr üçün sakit ötüşməyə də bilər. O səbəbdən bizim üçün ən optimal variant Rusiyadakı hakimiyyət dəyişikliyinin qan-qadasız, ağrısız olmasıdır...Olacaqmı? 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR