İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kremlə qayıtdı, Zelenski “Pişiyin evi”ndə...

2398 04.05.2023 20:30 Yazarlar A A

 

Zelenski gülüş ustası olsa da, uzun illər yaşadığı və saraylarında pul qazandığı Rusiyanın belə məsələlərdə zarafat etmədiyini yaxşı bilir

Kremlə dronla uğursuz hücum dünyanın diqqətini indi Ukrayna müharibəsinin iki əsas personasına-Putinlə Zelenskiyə yönəldib. Əgər deyilənlər doğrudursa, bu hücumun sanksiyasını Zelenski şəxsən veribsə, bunun bir cavabı mütləq olacaq. Rusiya dünən gecədən Ukraynın bəzi vilayətlərini və Kiyev yaxınlığını bombardman edir.  Amma bu, şəxsən Zelenskiyə cavab deyil. Təəssüf ki, dünya indi həm də kriminal “qayda-qanunlarla” idarə olunur.  Rusiyanın Avropaya uzanan qaz kəmərlərini- “Şimal axını”nın ötən ilin sentyabrında partladılması da kriminal qruplaşmaların 90-cı illərdəki ənənəvi   hesablaşmasına  bənzəyirdi. Bu dəfə isə kiminsə maşınına deyil, qaz kəmərinin altına bomba qoydular. Araşdırmaçı jurnalist  Seymur Herş bunu isbatlayan məqalələr yazdı, bu təxribatın arxasında Amerikanın dayandığını tutarlı faktlarla sübut etdi. Amma heç kimə, heç nəyi sübut etmək mümkün olmadı...   

Ukraynanın Rusiyaya qarşı terror aktları keçirdiyi də faktdır, bunu heç danmırlar da. O səbəbdən Rusiyanın “zerkalnı” cavabı olacağını gözləmək olar, amma bunu özlərinin də bəyan etdiyi kimi, “uyğun vaxtda” həyata keçirəcəklər.       

Nnbm64yOE721PxQpB8oysFaPDe9bbDaY (1).jpg (173 KB)

Rusiya prezidenti Vladimir Putin artıq Kremlə qayıdıb, bu gün iqtisadi inkişaf nazir ilə görüş keçirib. Putinin üz ifadəsindən nəsə anlamaq çətindir, amma aydındır ki, bu cür hadisə baş veribsə, günahkarı təkcə ölkə xaricində axtarmaqla iş bitmir, daxilində də təhlükəsizlik sorunu olduğu aşkardır. Solovyov və dəstəsi od püskürür- Amerika və Ukrayna öz yerində, ölkənin bir nömrəli iqamətgahının hədəfə çevrilməsindən şoka düşüblər.  Moskva meri Sobyanindən tutmuş hökumətdə kimlərə gücləri yetirsə, amansız tənqid edirlər. Haqsız da deyirlər. Müharibə aparan bir ölkədə bu cür güvənlik boşluğu fəlakətdir. 

Düzdür, bizim bəzi yerli ekspertlər də amerikalılar və ukraynalılar kimi düşünürlər. Yəni Rusiya “öz ayağına atəş açıb” və sairə. Ötən yazıda bu barədə öz qeydlərimi etmişəm və təkrarlamağa lüzum yoxdur. Yalnız onu əlavə edim ki, Rusiyanın bu olaydan hələ ki, hansısa mümkün qazancını görə bilmirik. Əksinə, bu olayın məyusluq yaratdığı ortadadır. Bu boyda olayda məqsədin yalnız  Zelenskini hədəfə götürmək, hətta öldürmək niyyəti güddüyü inandırıcı deyil. Guya başqa vaxtı  Zelenskinin başını sığallamaq istəyirdilər ki?   

92afd30dda978f770de0aea68d12f92b.jpg (26 KB)

Zelenskiyə rəğbətim yoxdur, onu prezident seçiləndən üzübəri ciddi siyasətçi kimi qəbul etmirəm və bu, mənim dəyişməz mövqeyimdir. Onun ən pis rolu da prezidentlikdir, heç gülməli deyil, əksinə ağlamalı və faciəvidir. Hesab edirəm ki, bu müharibə onun  bioqrafiyasında qanlı iz buraxacaq, şəxsi sonunun isə necə olacağını Allah bilər. 

Catshuis-1.jpg (33 KB)

Məlimdur ki, Finlandiya səfərindən sonra Zelenski Kiyevə qayıtmayıb,  Niderlanda gedib. Onu Haaqada baş nazirin “Pişik evi”( “Catshuis”) adlan iqamətgahında yerləşdiriblər. Niderlandın NOS telekalının məlumatına inansaq, Zelenski Helsinkidən Amsterdama bu hökumətinin göndərdiyi təyyarə ilə uçub. Flightradar24(təyyarələrin uçuşunu izləmə proqramı) xidmətinin məlumatına görə, Helsinki hava limanında identifikasiya siqnalları olmayan təyyarə həqiqətən də eniş edib. Zelenskinin də məhz həmin təyyarə ilə Finlandiyanı tərk etdiyi deyilir. Rusiya mediası Zelenskini dolayır, ələ salaraq yazır ki, ölkəsi  guya əks-hücumla bağlı hazırlıqlar içindədir, Ali Baş Komandan isə Avropa ölkələrində gəzir. Onu Ukrayna xalqı qiymətləndirə bilər, biz yalnız faktı konstatasiya edə bilərik...  

de0df5bafb28645d1a3395593f4384f6.jpg (47 KB)

Zelenskinin Kremldə baş verən olaydan sonra bərk qorxuya düşdüyünü, təyyarəsinin vurulacağından ehtiyat etdiyi deyilir. Yanında deyilik, bəlkə də əksinədir, qorxub-eləmir. Amerika kimi dövlət arxasında dayanıb. Zelenski gülüş ustası olsa da, uzun illər yaşadığı və saraylarında pul qazandığı Rusiyanın belə məsələlərdə zarafat etmədiyini də yaxşı bilir. Rusiya düşmənlərini öldürməyi bilir, həm də ən müxtəlif üsullarla- zəhərləyərək, asaraq, hətta yeri gəlsə, diri-diri yandıraraq...    

Bildirilir ki, Zelenski ümumiyyətlə, Kiyevə tezliklə qayıtmaya da bilər. “Reuters” bundan əvvəl xəbər verib ki, Zelenski mayın 13-də Berlinə gəlməlidir, o səbəbdən Ukrayna prezidenti bəlkə də daha bir neçə gün “Pişiyin evi”ndə otura bilər...

Amma nə vaxtadək?

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR