İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onu bağışlamadı, özünə vaxt qazandı

7476 25.06.2023 09:30 Yazarlar A A

Priqojinin və “Vaqner”in üzərində xain damğası götürülür;  Putin üçün indi mühüm olan gücünü  göstərmək  deyil, ölkədə gərginliyi, qiyam əhvalını səngitməkdir...

Rusiyada 48 saatda baş verən  hadisələrin sürəti  operativ reaksiyalar verməyə məcbur etdi. Bu da necə deyərlər, bizim işimizdir. Son 48 saatın təhlililinə söykənərək deyim ki, Rusiyada baş verənlərə oxucu diqqəti  gözlənilənindən daha yüksək oldu. Bu da səbəbsiz deyil. Əvvəla, Rusiya bizim qonşumuzdur, yüz minlərlə həmvətənimiz bu ölkənin ən müxtəlif bölgələrində yaşayıb, işləyirlər.  İkinci səbəb, Azərbaycan ictimai rəyində Rusiya hakimiyyətinə olan məlum münasibətdir. Əksəriyyət o fikirdədir ki, Rusiyanın nə yolla olursa-olsun zəifləməsi, Putinin ya zəlzələdən, ya vəlvələdən hakimiyyətdən getməsi Azərbaycan xeyrinə olardır. Bu mövzunu müzakirəyə açmağın sırası və zamanı deyil,  hər kəs öz mövqeyində haqlıdlır... 

https___s3.eu-central-1.amazonaws.com_media.my.ua_feed_38_3e036ee6d51d0184e7765206d489c55a.jpg (121 KB)

İndi qayıdaq, Rusiyada baş verən silahlı üsyanla bağlı son gəlişmələrə. Düzü, Putinin o dar macalda, xalqa müraciətindən sonra  Belarus prezidentinə zəng etməsinə başqa rəng vermək çətin idi.  Çünki bu ölkələr və prezidentlər arasında müzakirəyə qapalı məsələ yoxdur. Putinin razılığı ilə Lukaşenkonun Priqojinlə bir neçə saatlıq danışıqlar aparması və müəyyən razılığıa gəlməsi barədə xəbər  bir qədər gözlənilməz oldu. Putin bu çətin işi Lukaşenkoya etibar etməsi görünür, Belarus prezidentinin bu cür çətin danışıqlarda diplomatik baxımdan bacarıqlı olduğunu bildiyindən irəli gəlir. Amma indiki situasiya da, danışıqların mötivi və mövzusu da tam fərqli idi, bu da Lukaşenkonun ilk təcrübəsi idi.  

Lukaşenkonun Priqojini yola gətirməsinin çox çətin olduğunu düşünmürəm, çünki hələ də o qənaətdəyəm ki, Putin heç bir halda ona silah yönəltmiş birini bağışlamayacaq. Priqojin özünü şübhəsiz ki, oda atıb və yəqin ki, Lukaşenkonun da köməkliyi ilə başa düşüb ki, Rusiyanın belə bir ağır vəziyyətində onun mərkəzi hakimiyyətinə qarşı ikinci cəbhə açmasının heç vaxt bəraəti olmayacaq.  Motiv nə olursa-olsun, tarix belə adamları həmişə mənfi işarələləyib. Ortada yaxın keçmişdə “QKÇP” nümunəsi var.  1993-cü ildə  Yeltsin parlamenti buraxmaq qərarı verəndə Rutskoy hakimiyyəti ələ keçirməyə çalışdı. Ona bir vaxtlar Yeltsinin müttəfiqi olmuş Xasbulatov da qoşuldu. Onların hər ikisi həbsə atılsalar da, sonradan əfv olundular, amma  heç vaxt tam reabilitasiya oluna da bilmədilər. 

esac şəkil.jpg (140 KB)

Priqojinin Moskvanın yarıyolundan qayıtmağa razılaşması ilə bağlı xəbərdə bildirilirdi ki, ““Vaqner”ə təhlükəsizlik zəmanəti verilir və vəziyyətin məqbul həlli var”. Daha sonra Peskov deyib ki, Priqojinə qarşı cinayət işinə xitam veriləcək. Daha sonrası da maraqlıdır: “Priqojin Belarusa gedir...” 

Putinin vəziyyəti  çıxlılmaz olmasa da, ölkə ayaq üstədir və bu gərginliyi qismən də olsa azaltmaq üçün ilkin razılıqlara getmək olardı. Priqojinə və “Vaqner”ə təhlükəsizlik zamənəti verilməsi  elə ona qarşı cinayət işinin dayandırılması anlamına gəlirdi. Putinin onu və dəstəsini xain elan etməsi Priqojini bərk qəzəbləndirmişdi və indi xain damğası onun üzərindən götürülür.  Putin üçün indi mühüm olan gücünü  göstərmək  deyil, “Vaqner”i yuvasına qaytarmaq,  ölkədə gərginliyi, qiyam əhvalını səngitməldir. Dünyanın işinə bax ki, vaxtilə Lukaşenko  “Vaqner”çiləri onu hakimiyyətini devirməkdə gunahlandıraraq həbs etmişdi, indi Priqojini ölkəsinə aparır... 

original.jpg (860 KB)

 Danışıqlarla bağlı digər təfərrüatlar yoxdur, amma Putinin Şoyqunu və Baş Qərargah rəisini işdən çıxarmaq barədə şərti yerinə yetirməyə razılaşması inandırıcı görünmür.  Şoyqu onun yaxın kadrı, dostudur. Gerasimovu isə NATO da belə bacarıqlı  general kimi qəbul edirlər. Vəziyyətin bu həddə gəlib çıxmasında Putinlə bərabər, əlbəttə ki, onların da ciddi məsuliyyəti var. Priqojinin ordu rəhbərliyinə tənqidlərinə qulaq vermək, sadaladıqları faktları araşdırmaq lazım idi.  İndi əsas razılaşma da Müdafiə Nazirliyində Ukrayna müharibəsi ilə bağlı Priqojinin iddialarının araşdırılması ola bilər. Priqojin deyir ki, hərbi əməliyyatlar düzgün təşkil edilmir, çoxsaylı itkilər olur və bu dövlət rəhbərliyindən gizlədilir. Putinin bu məsələdə Priqojinə “ayaq verməsi” mümkün kimi görünür. Amma onların işdən çıxarılması qiyamçıların şərtinin qəbul edilməsi kimi anlaşılar. Priqojinə belə bir vəd verilsəydi, onu geri çəkilmək barədə qərarını elan edəndə deyərdi.  O səbəbdən Priqojinlə Putinin şübhəsiz ki, müvəqqəti, dövlət maraqlarına görə və qardaş qırğınına yol verməmək üçün anlaşdılar demək olar.  

Putinə mühüm olan zaman qazanmaqdır. Əlbəttə ki, həm də bu məsələnin qiyam həddinə şişməsinə görə təkcə ətrafını yox, özünü də sorğu-sual etməsi lazımdır. 

Nazim SABİROĞLU, 
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR