İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanı səbirsizliklə gözləyir – Mayın 8-də...

800 06.05.2024 20:59 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı yığılmış bir sıra problemlərə aydınlıq gətirəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat açıqlayıb.

Onun sözlərinə görə, Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçiriləcək: “İkitərəfli təmasların çox məzmunlu olacağı gözlənilir, çünki müzakirə üçün çoxlu məsələlər toplanıb. Son zamanlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yığılıb və biz onların liderlər arasında açıq müzakirə olunacağını gözləyirik”.

Uşakov xüsusilə xatırladıb ki, “Paşinyan özü apreldə Moskva ilə münasibətlərin çətin günlər keçirdiyini demişdi”. O, son vaxtlar iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların azalmasına da diqqət çəkib. Xüsusilə, Uşakov qeyd edib ki, Putin və Paşinyan sonuncu dəfə 2023-cü ilin dekabrında Sankt-Peterburqda keçirilən Aİİ sammitində şəxsən danışıblar: “Həm Rusiya, həm də KTMT-yə qarşı tənqidlər var. Ermənistan faktiki olaraq iştirakını dondurub, baxmayaraq ki, o, hələlik (KTMT-nin işində iştirakdan tam olaraq – red.) imtina etmir, lakin təlimlərdə iştirak etmir və KTMT-ni maliyyələşdirməkdən çəkinməyə hazırlaşır. Eyni zamanda Ermənistan nümayişkaranə şəkildə Qərblə dialoqu inkişaf etdirir. Xüsusilə Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir, NATO vasitəsilə əlaqələr intensivləşdirilir və s. İndi liderlər arasında müzakirə tələb edən çoxlu məsələlər var. Bir daha qeyd etmək istərdim ki, biz bu xüsusi ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk və mənə elə gəlir ki, bu, bir çox məsələlərin həllinə kömək edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR