İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “bəs, sonra nə olacaq” sualına cavab olan çıxışı: “Mənim dərdim...”

6713 01.10.2022 09:45 Yazarlar A A

Rusiya prezidentinin son qərarlarına və çıxışına “kollektiv Qərb”in mövqeyini Zelenski bəyan etdi: Putin varsa, sülh yoxdur!

İhaq sənədlərinin Kremldə imzalanmasından sonra Rusiya prezidenti Vladimir Putinin çıxışı “bəs, bundan sonra nə olacaq” sualına cavab tapmaq baxımdan mühüm idi. Putinin bu kimi mühüm tədbirlər üçün çıxışlarını özü yazdığına şübhəm yoxdur. Çünki dinləyəndə asanlıqla başa düşürsən ki, heç bir prezident köməkçisi Putinin demək istədiklərini bu cür sözlərlə ifadə edə bilməz. Bu çıxış da baş verənlərlə bağlı məhz onun düşüncəsi, onun tezisləri, onun qiymətləndirməsi idi.

Çox yığcam, amma aydın ifadə olunan çıxışında Putin cəmi iki ad çəkdi: Gebbelsin və rus fikir adamı İlyinin...Gebbelsi o konktestdə yada saldı ki, Qərbin də indi əsas silahı faşist Almaniyasında olduğu kimi “yalan və illüziya” üzərində qurulub. “Əsl vətənpərvər” adlandırdığı İvan Aleksandroviç İlyinin isə dediklərini çıxışının(İlyin filosof, menşevik və monarxist olub. O, çarın yıxılmasını fəlakət kimi qəbul edib, bolşevik rejiminə qarşı mübarizə aparıb) sonu üçün seçmişdi: “Əgər mən Rusiyanı öz vətənim hesab edirəmsə, bu o deməkdir ki, mən rus dilində sevirəm, düşünürəm, oxuyuram və danışıram. Mən rus xalqının mənəvi gücünə inanıram. Onun ruhu mənim ruhumdur, onun taleyi mənim taleyimdir, onun əziyyəti mənim dərdimdir, onun çiçəklənməsi mənim sevincimdir”. Yaxşı sözlərdir, amma Putin yəqin ki, bunu da çıxışının sonu üçün xoşagəlimli olduğu üçün seçməmişdi. Bəlkə də Rusiyanın bu ağır günlərində Putin bu sitatda özünü axtarır, özünü tapmağa cəhd edirdi...

Dünyanın bir çox aparıcı telekanallarınında da yayımladığı çıxışında Putin “qardaş xalq” dediyi Ukraynadakı müharibə üzərində, bundan sonrakı planları haqda xüsusi heç nə demədi. Dünya liderlərini telefondakı kimi “ojidaniye”də saxlamağa üstünlük verdi. Amma bir az da ultimativ formada “Kiyevi rejimini atəşi, bütün hərbi əməliyyatları, 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa” çağırdı.

Rusiyanın tarixi ərazilərinə qovuşduğunu deyərək, işğal faktını inkar etdi, Qərbin 1991-ci ildən üzübəri ölkəsinin dağılmasına, sərvətlərinin isə bölüşdürülməsinə çalışdığını söylədi. Baş verənlərin Rusiyanın zəiflədilməsinə, dağılmasına yönəldiyini dedi. Rusiya lideri çıxışında bir neçə dəfə xüsusi olaraq vurğuladı ki, ölkəsini çökdürmək, dağıtmaq Qərbə müyəssər olmayacaq. 

bYfxPrPRHAXUSVzn70591v8qnha9hjSH.jpg (287 KB)

Putinin çıxışının əsas hissəsini də ABŞ-ın və “satqın”, “nökər” kimi ibarələrlə bəzədiyi müttəfiqlərini hədəf almaq üzərində qurdu. Tənqidlərində əsas hədəf təbii ki, ABŞ idi, demək olar ki, Vaşinqtonun digər müttəfiq ölkələrinin adı üzərində konkret dayanmadı, çıxışı boyunca heç bir dünya liderinin adını çəkmədi, amma barələrində ağır ifadələr işlətdi. Məsələn, “Avropa elitası(yəni qərar verənlər-N.S) hər şeyi başa düşürlər, amma başqalarının maraqlarına xidmət etməyə üstünlük verirlər. Bu, artıq nökərçilik deyil, birbaşa xalqlarına xəyanətdir” dedi. Rusiyanı müstəmləkə siyasətində suçlayanlara Amerikanın hind tayfalarının soyqırımını, Hindistan, Afrikanı talan etmələrini, İngiltərə və Fransanın isə Çinə qarşı müharibələrini yada saldı. Təbii ki, ABŞ-ın insanlıq əleyhinə cinayətinə misal olaraq Xirosima və Nakasakiyə nüvə zərbəsindən danışdı və çox maraqlı bir əlavə etdi: “Bununla da dünyada president yaratdılar...” Bu, qısa əlavə əlbəttə ki, onu nüvə zərbəsindən çəkindirməyə çalışanlara mesajdır: president var, biz də istifadə edərək...

Putin dedi ki, həqiqi strateji suverenliyə malik olan və ya ona sahib olmaq istəyən, Qərbin hegemonluğuna qarşı çıxan bütün dövlətlər avtomatik olaraq düşmənlər kateqoriyasına daxil edilir: “Biz artıq bu siyahıda Rusiyanın, Çinin, İranın olması haqqında eşitmişik. Hesab edirəm ki, Asiya, Latın Amerikası, Afrika, Yaxın Şərqin digər ölkələri, eləcə də ABŞ-ın hazırkı tərəfdaşları və müttəfiqləri növbəti sıradadır. Onlar hamını, o cümlədən ən yaxın qonşularımızı - MDB ölkələrini də hədəfə alırlar”. Bu son iki gündə Putinin MDB dövlətləri üzərində ABŞ-ın “qara buludları toplaşdığı” barədə ikinci publik xəbərdalığıdır.

Putin dünya üçün yeni “şər üçbucağını” da açıqladı. Dedi ki, Vaşinqton-Seul-Tokio arasında hərbi-siyasi əlaqənin yaradılması istiqamətində fəal iş aparılır.

756579825920041.jpg (99 KB)

Putinin Qərbin dünyanın digər dövlətlərinə sırımaq istədiyi dəyərlər haqda danışanda kişinin arvadlaşması(və ya əksinə) transgeyderlərdən danışdı. Putinin bu məsələdə həssaslığı yeni deyil, ölkə konstutsiyasına son dəyişikliklərdə ər-arvad münasibətləri haqda xüsusi maddə də yazdırdı. Rusiya yalnız kişi və qadının nikahını ailə kimi qanuniləşdirdi, Qərbin bəzi dairələrinin insan haqları adı ilə sırımaq istədiyi “maviliyin” yolunu rəsmi olaraq bağladı.

Dünya liderlərinin diqqətlə izlədiyi çıxışında “mavilik” məsələsinə yer ayırması nə demək idi? Nə demək istədi onu məğlub etmək həvəsində olan, nüvə silahı ilə hədələyən ABŞ-a? Rişxəndmi etdi, sataşdımı?

 

İndi bu cür gərgin vaxtda Putinin yenidən Qərbdə(həm də ABŞ-da) son illər artan “geylər” haqqında danışması diqqət çəkir. “Biz doğrudanmı istəyirik ki, ibtidai siniflərdən başlayaraq məktəblərimizdə deqradasiyaya və məhvə aparan pozğunluqlar uşaqlara tətbiq edilsin? Onlara qadın və kişilərdən başqa, guya başqa cinslərin də olduğunu söyləmək və cinsiyyət dəyişdirmə əməliyyatı təklif etmək? Biz bütün bunları ölkəmiz və övladlarımız üçün istəyirik? Bizim üçün bütün bunlar qəbuledilməzdir, bizim fərqli, öz gələcəyimiz var” deyə, o bildirib. Putinin Qərb liderlərinin diqqətinin ona kəsildiyi bu çıxışında “mavilik” məsələsinə yer ayırması nə demək idi? Amerikalı tumanlı admiralama işarə etdi? Nə demək istədi onu məğlub etmək həvəsində olan, nüvə silahı ilə hədələyən Qərbə, ABŞ-a? Rişxəndmi etdi, sataşdımı? 

rA58utiJ3o8zWZ7mTAdAkBLpM1oIs4NJ.jpg (334 KB)

Putin yeni ilhaqı rəsmiləşdiridiyi vaxt isə Zelenski də Ukrayna Təhlükəsizlik Şurasının təcili iclasını keçirirdi və oraqda verilən qərar da çox maraqlıdır. Zelenski Ukraynanın NATO-ya üzv olması prosesinin tezləşdirilməsi ilə bağlı Brüsselə müraciət göndərib. Zelenskinin müraciətinin vaxtı aydındır ki, təsadüfi seçilməyib, Rusiya ilhaqı rəsmiləşdirdi və bundan sonra savaş daha da qızışa bilər. Ukraynanın NATO-ya təcili üzvlüyü mümkün deyil, bunu heç hərbi qurum olmayan Avropa Birliyi etmədi. Bu, Qərbin Ukrayna üzərindən yeni alveri, Rusiyaya təzyiqi və danışıqlara olası beş faizlik ümidin belə qalmaması deməkdir. Zelenski də Putinin danışıqlarla bağlı dediklərinə ilk dəfə yeni tonda və tələbdə reaksiya verib. Zelenski deyib ki, Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin Vladimir Putinlə deyil, Rusiyanın başqa prezidenti ilə...Bu Qərbin Putinin son qərarlarına və çıxışına “kollektiv mövqeyi” kimi qəbul edilməlidir: Putin varsa, sülh yoxdur!

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR