İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yaxın dostu və pul kassası sanksiyalardan belə yayınır

1167 20.06.2023 19:15 Dünya A A

2014-cü ildə Krımın ilhaqına görə Qərbin sanksiyalarına məruz qalan Vladimir Putin, Boris və Arkadi Rotenberqə yaxın milyarderlər bir çox aktivlərini qorumağı bacarıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə OCCRP layihəsinin jurnalistləri tərəfindən araşdırma dərc edilib. Həmin materiallar 17 dünya mediasında dərc olunub.

Araşdırmaçılar bu məqsədlə 2013-2020-ci illərə aid 50 minə yaxın elektron məktub və sənədi araşdırıblar. Söhbət Rotenberqlərin maraqlarını təmsil edən Maksim Viktorov adlı şəxsin yazışmalarının arxivindən gedir. Həmin sənədlər OCCRP, “Le Monde”, “Forbes”, “The Times” və digər qlobal medianın jurnalistləri ilə paylaşılıb. Araşdırmada 60-a yaxın jurnalist iştirak edib.

Araşdırmanın önəmli qismi Skripka Sənəti Fondunun qəyyumlar şurasının sədri, hazırda ləğv edilmiş Təhlükəsizlik, Müdafiə və Hüquq Mühafizə Orqanları Akademiyasının akademiki, keçmiş DTK zabiti Maksim Viktorovun şəxsiyyətinə həsr olunub. Bu adam Vladimir Putinin ətrafındakı bir çox insanın, o cümlədən böyük qızı Mariya Vorontsovanın tanışı sayılır.

Araşdırmada Mariya Vorontsovanın tez-tez göründüyü Avstriyanın Kitzbühel şəhərindəki evdən də bəhs edilir.

Arkadi və Boris Rotenberq 2014-cü ildə ABŞ sanksiyalarına məruz qaldıqdan sonra “Maksim Viktorov onları xilas etdi”, - deyə yazıda bildirilir. Materialda Viktorovun Rotenberq ailəsinə aktivlərini gizlətməkdə kömək etdiyi də yazılıb. Onların şirkətlərindəki səhmlər, bir qayda olaraq, müxtəlif qapalı investisiya fondlarına ötürülüb və bu fondlar Viktorovun “Evocorp” şirkəti tərəfindən idarə olunub. İddialara görə, Viktorov və ya onun tərəfdaşları yaxta vergisilə bağlı Fransa hakimiyyəti ilə mübahisədə Boris Rotenberqin maraqlarını təmsil ediblər.

Məlumata əsasən, Viktorovun Qərblə böyük əlaqələri var, hətta Britaniya şahzadəsi Maykl onun ortaqlarından sayılır.

Jurnalistlər Arkadi Rotenberqin keçmiş top meneceri Ruslan Qoryuxinin Avropadakı aktivlərini öyrənib. Həmin adamın “Fransada iki böyük mülk, Almaniyada iki beşulduzlu hotel və Münhenin mərkəzində bir sarayı olduğu ortaya çıxıb. Qoryuxin Rotenberqlərlə hər hansı əlaqəni inkar etsə də, yazışmalardan belə çıxır ki, məhz faktiki olaraq onun biznesinə həmin qardaşlar nəzarət edir.

Başqa bir material Latviyadan olan 36 yaşlı kosmetoloq Marina Borodunovaya həsr olunub. Bu qadın Arkadi Rotenberqin yaratdığı “RG-Development” şirkətinin 80 faizinə nəzarət edən qapalı investisiya fondlarından birinə rəhbərlik edir. Borodunova Monakod lüks yaşayış kompleksindəki mənzilə, Fransa Rivierasında 4,25 milyon avro dəyərində villaya sahibdir. İki mənbə Borodunovanı Arkadi Rotenberqin “qeyri-rəsmi həyat yoldaşı” adlandırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR