İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Ərdoğanın oxşar prezident taleləri

2362 01.03.2023 22:30 Yazarlar A A

 

Qanunlar seçkini ertələməyə zaman tanısaydı, Ərdoğan bundan istifadə edərdimi, indi siyasi taranamı gedir?; bəs, Putin seçkidə namizəd olacaqmı...   

Putinin Ərdoğana ad günü münasibətilə göndərdiyi  təbrik mətnində “əziz dost” xitabı diqqətimi çəkdi.  Son aylar Putinin hansısa dövlət başçısına bu cür müraciət  etdiyini xatırlamaq çətindir. Ona görə yox ki, bəzilərin sevimli ifadəsi ilə desək, guya “izqoy”dur, ona salam verən yoxdur və sairə… Bilirəm, bu bənzətmədən də bəziləri narahat olacaq, “Putin hara, Ərdoğan hara” deyəcəklər. Sakit olun, yerinizdə qurcalanmayın, olmadığım yerlərdə (məsələn, Facebookda) arxamca danışmayın, bu liderlərin əleyhinə də vaxtilə çox yazmışam, indi də nə yazdığımın fərqindəyim…  

2015-ci ilinin noyabrında, məlum təyyarə olayından sonra Rusiya lideri ilə Türkiyə prezidentinin münasibətləri sanki  sınaqdan çıxmış  oldu, bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına yeni təkan verdi. Türkiyənin(Ərdoğanın) davam edən Ukrayna müharibəsində tutduğu mövqe əlbəttə ki, həm də bu iki lider arasında münasibətlərə həlledici təsiri oldu. Ərdoğan ölkəsinin maraqlarının ziddinə olan anti-Rusiya sanksiyalarına da qoşulmadı, bunun qarşılığı olaraq NATO və ABŞ-la münasibətlər soyuqlaşdı. Siyasət qəliz məsələdir, burada “kişi sözü” bəlkə də yerində deyil, Putin isə bu ifadəni rus dilində ehtivan edən fikirləri Ərdoğanın ünvanına bir neçə dəfə işlədib, bunu da indiyədək hansısa lider haqda dediyini də xatırlamıram. 

1419180.jpg (612 KB)

Bu liderlər çox fərqli sistemi, adamları, iqlimi  olan ölkələri yönəltsələr də,  siyasi tale baxımından oxşarlıqlar tapmaq mümkündür. İkisi də ölkələri üçün çox narahat 2000-ci illərdə qısa fərqlə (Putin 2000, Ərdoğan 2002) hakimiyyətə gəliblər. Rusiya da, Türkiyə də parçalanma təhlükəsi ilə üzləşsələr də, bu ciddi təhlükəni aşa biliblər. Ərdoğan o vaxtdan bəri keçirilən bütün seçkiləri sandıqda qazanıb, amma buna baxmayaraq, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün ciddi səylər, hətta top-tüfəngli çevrilişə cəhd də olub. Putin bu sarıdan işini möhkəm  tutub, ölkə idarəetməsini sərtləşdirib, seçkiləri Kremlin maraqlarına uyğun keçirib, müxalifəti sıradan çıxarıb və sairə...Bu illərdə hər iki lider idarəetmədə çox yanlışlar da ediblər, buna qiymət vermək isə bizə düşməz … 

Tale elə gətirdi ki, Türkiyə fevralda tarixin ən dağıdıcı zəlzələsi ilə üzləşdi, seçkiyə 3 aydan bir az vaxt qalmış həm də…Putin də bir ildir Ukraynada müharibə aparır, ölkə görünməmiş sanksiyalarla üzləşib, həm əsgəri, həm maddi itkiləri çoxdur. Dağıdıcı zəlzələdən sonra seçkilərin vaxtının dəyişdirilib-dəyişdirilməyəcəyi mövzusu gündəmə gəlmişdi. Bu gün Ərdoğan Türkiyə parlmentində çıxışında prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləyib. Putinin seçkisinə isə düz 1 il qalır, amma o da Federal Məclisə ötən həftəki müraciətində dedi ki, “xüsusi hərbi əməliyyat“ seçkilərə təsir etməyəcək: “2023-cü ildə regional seçkilər, eləcə də 2024-cü il   prezident seçkiləri ciddi şəkildə qanunvericiliyə uyğun keçiriləcək”.  

13 Şubat Pazartesi AFAD ve Kandilli Rasathanesi Son Depremler Listesi:  Deprem mi Oldu?

Fövqəladə hallarda dünyada bu cür seçkiləin iki modeli mövcuddur. Britaniya modelində seçkilər qeyri-müəyyən müddətə təxirə salınır. Amerika modelində isə nə olursa-olsun, seçkilər vaxtında keçirilir. Buna misallar da var, məsələn, 1864-cü ildə  Linkoln vətəndaş müharibəsinin ortasında ikinci müddətə yenidən prezident seçilib. 1944-cü ildə Ruzvelt İkinci Dünya müharibəsinin ortasında dördüncü dəfə ABŞ prezidenti olub. 

İndi görünən odur ki, həm Ərdoğan, həm də Putin ölkələri üçün vəziyyətin kritik olmasına baxmayaraq, seçkidən çəkinmirlər, necə deyərlər, Amerika modelini seçirlər. Əlbəttə, Putinin namizədliyi haqda qəti danışmaq hələ tezdir, indiyədək namizədliyini  irəli sürməsi və ya sürməyəcəyi ilə  bağlı hansısa açıqlama da verməyib. Hələ üç il əvvəl  Rusiyada konstitusiya islahatının Putinin yeni prezidentlik müddətinə hazırlıq olduğu aydın idi. Kreml o vaxt vacib şərt qoyurdu: Putinin iştirakı  beynəlxalq vəziyyətdən asılı olacaq. Əgər “siyasi barometr” sakitliyə uyğun dəyərlər göstərsə, o zaman Putin öz missiyasını başa çatmış hesab edə və Kremli etibar etdiyi varislərindən  birinə verə bilər. Amma Ukrayna müharibəsi dünyada və Rusiyada elə bir geosiyasi tufan qopardı ki, necə deyərlər, prezidenti belə dar keçiddə dəyişməzlər…  Putin seçkilərinədək nə olacaq, proqnozlaşdırmaq mümkün deyil, amma Rusiya dövlətçiliyi üçün ciddi təhlükənin mövcudluğu fonunda Putin  öz hərbi postunu tərk edə bilərmi? Ölməzsə, heç vaxt...  

timth-1661257289.jpg (44 KB)

Qanunlar seçkini ertələməyə zaman tanısaydı, Ərdoğan bundan istifadə edərdimi ? Məmkləkətin  zəlzələ fəlakəti ilə üzləşdiyi vaxtda Ərdoğan siyasi taranamı gedir? Əgər bir başqa ölkə olsaydı, bu boyda fəlakətin altında seçki kampaniyasından çəkilib səlahiyyət müddətinin bitməsini gözləyərdi. Ərdoğan isə bunu əlbəttə ki, qorxaqlıq hesab edərdi, ona görə bəlkə də doğurdan da tarana gedir… 

Nazim SABİROĞLU, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR