İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri arasında təlatümlü daxili siyasi atmosfer hökm sürür - Hraparak

1105 22.08.2023 16:42 Reportaj A A

“Ötən gün Araik Arutyunyanın istefa vermək niyyəti barədə xəbər yayıldı. Gələn məlumatlara əsasən, ötən həftənin əvvəlində keçirilən qapalı görüşdə bir sıra nüfuzlu şəxslər, habelə keçmiş “prezidentlər” (qondarma qurumun-red.) buna mane oldular. Həftəsonu Ruben Vardanyan əslində, bu məlumatı təsdiqləmiş oldu”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə yerli “Hraparak” qəzetinin saytında yer alıb.

Qəzetin yazdığına görə bununla belə, istefa mövzusu hələ bağlanmayıb. Lakin Araik Arutunyanın dostu Karen Matevosyanın başçılıq etdiyi bir qrup silahlı “parlament”ə soxularaq David İşxanyandan (yeni qondarma sədr-red.) hesab tələb etməyə çalışıb.

“İstefadan xəbər tutan Matevosyan cümə axşamı Arutunyanla görüşüb və istefa etirafını eşidib. Araik ona “yanında heç kimin qalmadığını”, “hamının onu günahlandırdığını”, “ona görə də istefa vermək qərarına gəldiyini” söyləyib. Buna görə Matevosyan bir qrup silahlı adamla birlikdə “prezidentini” qorumaq üçün “parlamentə” doğru gedib və (qondarma qurumun-red.) “deputatlarını”, Arutunyanı dəstəkləməyə çağırıb”, - deyə, yazıda qeyd olunur.

Dünən isə həmin silahlıların rəhbəri efirə çıxıb öz qrupu ilə hökumətin təşkili və “parlament seçkilərinin” keçirilməsi ilə bağlı məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Üstəlik, o, Qarabağ erməniləri arasında yaranan vəziyyətə görə hamını, o cümlədən keçmiş “prezidentləri” günahlandırıb və onları “haqq-hesab” çəkməklə hədələyib.

Qarabağ erməniləri arasındakı qaynaqlar Karen Matevosyanın Ermənistandan göndərildiyinə şübhə etmirlər. Hazırda Paşinyan oradakı xaos və anarxiyadan razıdır. Gələn informasiyalara əsasən, Matevosyan fors-major şəraitdə hakimiyyəti ən azından Samvel Babayana ötürmək üçün hazırlanıb.

“Mənbəmiz bildirir ki, Matevosyan və Babayan yaxın dostdurlar və blokada zamanı Babayanın Qarabağa daxil olmasını məhz Matevosyan təşkil edib”, – deyə qəzet yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR