İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan gedən ermənilərin statusu ilə bağlı MÜHÜM AÇIQLAMA

4798 16.10.2023 17:40 Qarabağ xəbərləri A A

“Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan xalqı ermənilərlə reinteqrasiyaya, birgəyaşayışa hazırdır. Bunun üçün şərtlər bəllidir - ermənilər Azərbaycan Konstitusiyasını tanımalıdırlar. O cümlədən cinayət törətməyən ermənilər Azərbaycanda yaşaya bilərlər. Dövlətin digər rəsmi şəxsləri də bunu bəyan ediblər ki, ermənilər geri dönə bilərlər”.

Bu fikirləri Musavat.com-a millət vəkili Zahid Oruc bildirib.

ZAHİD.jpg (437 KB)

Z.Oruc Prezidentin Xankəndidəki çıxışını xatırladaraq qeyd edib ki, beynəlxalq hüquqi məsələlərin həllində dövlətin siyasəti önəmlidir:

“Ölkə başçısı iki əsrlik problemi həll edərkən, Zəfərimizin kulminasiya nöqtəsi olan Xankəndidə çıxışı zamanı haqlı narazılığımızı ifadə edən çıxış etmədi, əksinə, tarixi birgəyaşayış dövrünə xitab etdi. Azərbaycan dövlətinin erməniləri zorla, yaxud yumşaq güc alətlərindən istifadə edərək köçürmək mövqeyi olmayıb. Ötən əsrin 30-40-cı illərində azərbaycanlılar daxil, müxtəlif deportasiyalar həyata keçirilib. Heç kim ermənilərə “buradan çıxmalısınız” tələbi qoymayıb. Ermənilər arqument gətirirlər ki, gələcəkdə maddi-mədəni irsləri dağıla bilər, siyasi haqları pozula bilər, yerli icra hakimiyyətində, parlamentdə təmsil olunma reallaşmaya bilər və s. Məhz bu səbəblərə görə onlar ölkəni tərk edirlər. Bu, uzun illər ərzində formalaşmış düşmənçiliyin yaratdığı sindromdur. Bu şəraitdə ermənilərin statusu təxliyə olunmuş şəxslərdir. Mən bu hüquqi termini daha doğru sayıram, çünki söhbət kütləvi köçdən getmir. Könüllü köç ifadəsi yerinə düşür, amma beynəlxalq hüquqi sənədlərdə bu müddəa yoxdur. Antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilər mülkiyyətlərinin mühüm hissəsini - nəqliyyat vasitələrini, əşyalarını götürərək sağlam şəkildə bölgəni tərk etdilər. Üstəlik, yerli mediaya birgəyaşayışla bağlı diqqətçəkən açıqlamalar verdilər. Ermənilərin Azərbaycan dilində dünyaya səslənişi yaddaqalan və önəmlidir. Onlar bizi beynəlxalq məhkəmələrə verdikləri təqdirdə bu kadrlar önəmli sübut ola bilər. Müəyyən qüvvələrə konfliktin mövcud olması əl verir. Belə olan şəraitdə Azərbaycan haqlı olaraq ermənilərə öz sakinləri kimi müraciət edir ki, geri dönə bilərlər”.

Zahid Oruc xatırladıb ki, məhsəti türklərinin müəyyən qrafik çərçivəsində qayıdışı ilə bağlı Avropa Şurasının Gürcüstan üzərinə qoyduğu öhdəliklər var:

“Hazırkı reallıqda 10 noyabr bəyannaməsində Xankəndi və digər ərazilərə məcburi köçkünlərin qayıtması müddəası var. Ermənilər bu müddəadan bəhrələnə bilərlər, lakin müəyyən şərtlər altında. Hesab edirəm ki, siyasi institutlarımız, dövlət orqanları gedən şəxslərin statusunu təxliyə olunmuş insanlar kimi dəyərləndirsə, daha doğrudur. Bu, həm hüquqi cəhətdən sipərdir, həm də Azərbaycanın mövqeyini daha düzgün təqdim etməyə imkan verir, o cümlədən xarici təhdid və təzyiqlərdən qorunmaq üçün ən uyğun zirehdir. Digər tərəfdən, ermənilərlə münasibətə zəmin yaradır. 100 il öncə ermənilər Türkiyəni məlum səbəblərdən tərk etdikdə aqressivləşdilər, 5 nəsildir ki, patoloji düşmənçiliyi davam etdirirlər. Azərbaycandan isə nifrətlə getməyiblər.

Onların mütləq əksəriyyəti yerli hakimiyyət qüvvələrinə, Ermənistanın hakimiyyət orqanlarına nifrət edirlər. Hətta Paşinyan da açıqlama verdi ki, Qarabağda yaşayan mülki ermənilərə ziyan dəyməyib. Qarabağı tərk edən ermənilər qərbi azərbaycanlılar, qarabağlı məcburi köçkünlər kimi faciəli köç yaşamayıblar. İndiki halda onların üzərindən müxtəlif kampaniyalar aparan və bizə qarşı çevirməyə çalışan insanlara görə müxtəlif süni səhnələr düzəldə bilərlər. Ona görə də Azərbaycanın bu məsələdə hüquqi mövqeyi dəqiq, aydın və hərtərəfli olmalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR