İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazla əyləci səhv saldı: “Jaguar” ictimai hovuza düşdü - VİDEO

765 15.12.2025 01:22 Dünya A A

Fransanın La-Syota şəhərində qadın sürücü idarəetməni itirərək avtomobili birbaşa şəhər hovuzuna salıb. Hadisə hovuzda məşq zamanı baş verib və böyük təşviş yaradıb.

Musavat.com xəbər verir ki, 38 yaşlı qadın qaz və əyləc pedallarını səhv saldığı üçün “Jaguar” markalı avtomobil yüksək sürətlə hovuz ərazisinə daxil olaraq suya düşüb. 

Məlumata görə, avtomobildə qadının 5 yaşlı qızı da olub. Onlar iki məşqçi və hadisə yerində olan təsadüfi bir şahidin köməyi ilə maşından çıxarılaraq xilas ediliblər.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Polis faktla bağlı araşdırma aparır, hovuzun fəaliyyəti isə müvəqqəti dayandırılıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR