İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Rusiyaya qarşı İDDİA QALDIRDI

574 27.01.2026 15:01 Dünya A A

Qırğızıstan Rusiyaya qarşı Avrasiya İqtisadi Birliyi Məhkəməsində iddia qaldırıb.

Musavat.com xəbər verir ki, bu barədə yanvarın 27-də Joqorku Keneşin Əmək, Səhiyyə, Qadın Problemləri və Sosial Məsələlər Komitəsinin iclasında məlumat verilib.

Deputat Gülnarə Baatırova Qırğızıstan vətəndaşlarına Rusiya ərazisində məcburi tibbi sığorta polislərinin verilməsi və tibbi xidmətlərin göstərilməsi məsələsinin həllinin vacibliyini vurğulayıb.

Məcburi Tibbi Sığorta Fondunun rəhbəri Əzəmət Mukanov bildirib ki, bu sahədə işlər davam edir.

"Qırğızıstan tərəfi AİB müqavilələrinin tələblərinə əməl etməyən Rusiyaya qarşı məhkəmə iddiası qaldırıb. Rusiyadakı işçilərin ailə üzvləri üçün də məcburi tibbi sığorta polisləri verilməlidir. Bu müqavilə beş iştirakçı ölkənin hamısı tərəfindən imzalanıb", - deyə komitə sədri qeyd edib.

O əlavə edib ki, ötən həftə məhkəmə iclası keçirilib və qərarın iki həftə ərzində verilməsi gözlənilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR