İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma rejim ermənilərə belə TƏSİR EDİB - DETALLAR

1387 02.10.2023 16:51 Qarabağ xəbərləri A A

“Ermənilərin Qarabağdan köçməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri ilk növbədə Ermənistan dövlətinin və bu dövlətin Qarabağdakı uzantısı olan separatçı rejimin uzun onilliklər ərzində orada yaşayan ermənilər arasında Azərbaycana qarşı təbliğat aparması, Azərbaycanın timsalında qəddar düşmən obrazı yaratması ilə bağlıdır”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.

metin.jpg (38 KB)

Ekspertin fikrincə, ermənilərə həm siyasi, həm də psixoloji cəhətdən təsir göstərildiyi aşkardır:

“Bölgədəki ləğv edilmiş qondarma rejim də ermənilərə təsir edib. Laçın sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərin Azərbaycan mediasına verdiyi müsahibələrdən də aydın olur ki, onlara evlərini tərk etmələri üçün təzyiq edilib. Lokal antiterror tədbirlərindən sonra qondarma cinayətkar rejimin təzyiqləri daha da artmış ola bilər. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə etnik azlıq kimi yaşamaq üçün lazımi şəraitin yaradılacağına söz verib. Dövlətimiz ermənilərin getmək qərarına hörmətlə yanaşır, heç zaman nə təzyiq yolu ilə köçmələri, nə də təzyiq yolu ilə qalmalarıyla bağlı niyyəti olub”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR