İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun qəfil hicrəti, “özünü-sürgünə” getməsinin gerçək səbəbləri

6106 13.09.2023 11:00 Gündəm A A

Yazının əvvəli bu linklərdə:

https://musavat.com/news/qubad-ibadoglu-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004911.html

https://musavat.com/news/stm-in-qubad-ibadoglu-arasdirmasi-iddialar-senedler-subutlar-3-cu-yazi_1004660.html

https://musavat.com/news/stm-in-qubad-ibadoglu-arasdirmasi-iddialar-senedler-subutlar_1004456.html

https://musavat.com/news/sensasion-anons-qubad-ibadoglu-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004122.html

https://musavat.com/news/qubad-ibadoglunun-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004294.html  

  • Arien Makın “Yeni Universitet” yaratmaq ideyasını kim dəstəkləyir və maliyyələşdirənlər kimdir?
  • Sürgünü, saxta soyqırımı, Qərbə sığınmağı  özlərinə peşə edən ermənilər  niyə yoxdur?
  • Qısa cavab belədir:erməni diasporu, himayədar ölkələr və iranlılar bu təşkilatları maliyyələşdirən, həmtəsisçilər və yönləndirənlər statusundadır

                  Arien Mack və Vartan Qriqoryan : 50 il sürən dostluq

th1.jpg (78 KB)

Bu hissədə Arien Mak və ABŞ-ın  transmilli  mərkəzləri, yüksək vəzifəli rəsmiləri arasında “soyuq müharibənin”bitdiyi, sosializmin çökdüyü vaxtdan başlayan sıx əlaqələrinə,həmin vaxtdan erməni diasporunun ağırçəkili fiqurları ilə dostluğuna, sözü gedən şəbəkə də daxil olmaqla, yaratdığı təşkilatları onların rəhbərlik etdiyi qurumların maliyyələşdirdiyindən bəhs ediləcək.

Həmçinin Arien Makın “Sürgündə Yeni Universitetin” yaratmaq ideyasının müəllifi, həmtəsisçisi, ikili -İran və ABŞ vətəndaşı Kiyan Tacbəxşlə dostluğu, Arienin İranla sıx əlaqələri, dəfələrlə İranda olması, Konsorsiumun təsis ideyasını təklif edən iranlı həmkarı ilə  bu gün də birgə çalışmasından bəhs ediləcək..

Məlum deyimə görə,“pulu kim verirsə, o da sifariş edir”...

Qeyd edildi ki, “Sürgündəki yeni Universitetə” qədər A.Mak  4-5 təşkilat,layihə yaradıb və indi də onların direktorudur.

th2.jpg (27 KB)

İlk yaratdığı təşkilat ötən əsrin 90-cı illərində başladığı “Jurnal Bağışlama Layihəsi”dir.("Journal Donation Project"). Daha sonra o redaktoru olduğu rüblük  “Sosial Tədqiqatlar” jurnalı ilə bağlı hər il konfranslar təşkil edir.

2019-cu ildə Arian Mak redaktə etdiyi jurnal,“Sürgündə Yeni Universitetin” yaradılması və s.-lə bağlı geniş müsahibə verib.Müsahibədə jurnalist ona sual verir. [1]

Sitat: “Mən bilmək istərdim ki, bütün bu  konfransları  maliyyələşdirmək üçün sən pulu haradan alırdın?”

Cavab:Soruşma. Mən məsələn yaxşı tanıdığım Vartan Qriqoryana yaza bilərdım. O mənə həmişə pul verib. Həm də təkcə bu layihə üçün deyil. Vartan hələ “Jurnal Bağışlama Layihəsi”nin Rokfeller və Mellon Fondları ilə yanaşı böyük dəstəkçisi idi”.

 th3.jpg (108 KB)

th4.jpg (62 KB)

th5.jpg (85 KB)

Araşdırma göstərir ki, dünyanın ən böyük qrantverən donor şəbəkələrindən, Garnegi Nyu York Korporasiyasının (Carnegie Corporation of New York) 20 ildən artıq prezidenti olan Vartan Qriqoryan Arien Makın dediyi kimi, onunla  yaxın dost olub, illərlə onun bütün 4 təşkilatına qrantlar ayırır.[2]

th6.jpg (70 KB)

   Məsələn, hələ 2000-ci illə bağlı hesabatlarda Vartan Qriqoryanın imzasını görürük:Arien Mak üçün iki  ilə $258.800 dollar qrant ayırıb.[3]

 th7.jpg (20 KB)

th8.jpg (35 KB)

th9.jpg (36 KB)

th10.jpg (27 KB)

th11.jpg (60 KB)

th12.jpg (79 KB)

Transmilli donor Garnegie Korporasiyasının pul problemi yoxdur. Məs. 2017-2022-ci illərdə Arienin təşkilatları da daxil olmaqla, $5 milyard dollar qrant maliyyəsi paylayıb.

th13.jpg (32 KB)

Məs. Karnegi prezidenti olan Vartan Qriqoryan on illərlə prezidenti olduğu Nyu York Kitabxanasındakı “Vartan Qriqoryan adına Bəşəriyyətin Tədqiqi Mərkəzinə” də $5.000.000 milyon dollar qrant ayıra bilir.

th14.jpg (45 KB)

O da məlumdur ki, Karnegi Korporasiyasında Azərbaycandan başqa hamıya qrant- pul çatır...

th15.jpg (64 KB)

th16.jpg (25 KB)

Vartan Qriqoryanın Korporasiyası Qubad İbadoğlunun Azərbaycanda “məşhur” etdiyi Rutgers və Duke(Durham) Universitetlərinə də  maliyyə verir, 2 ilə 350.000 dollar ayırır.:

th17.jpg (43 KB)

th18.jpg (43 KB)

 VƏ....Əlbəttə ki, E.Makronun hər il keçirdiyi “Paris Sülh Forumuna” 100.000 dollarAzərbaycanı ən aşağı pillərdə yerləşdirmək üçün çalışan “Transparency İnternational”a  yarım milyona yaxın pul ayırmasaydı, sadəcə  təəccüblü olardı:

 th19.jpg (30 KB)

th20.jpg (43 KB)

Sabiq prezident Corc Buşun da artıq pulu  “azaldığı” üçün onu da yaddan çıxarmırlar

th21.jpg (28 KB)

 Bu qısa statistika ilə sadəcə göstərmək istədik ki, Arien Makın Vartan Qriqoryanla dost olması heç də balaca məsələ sayılmaz. Üstəlik də, 92 yaşlı xanım “nə vaxt, nə qədər istəsə” ala biləcəyini səmimi sürətdə ifadə edir.

“Garnegi Nyu York Korporasiyasından” əlavə, A.Mak-a qrant ayıran “Garnegi Melon Universiteti”nin də prezidenti erməni olub. ( Farnam Jahanian, President, Carnegie Mellon University)

  • Haşiyə:Vartan Qriqoryan kimdir?Xatırlatma.

İran,Təbriz doğumlu Vartan Qriqoryan (1934 – 2021) dünyanın ən böyük, elm, təhsil ,sülh və demokratiyanı dəstəkləyən ən böyük  transmilli donor Fondlarından biri- Karnegi Korporasiyasının tam 24 il  prezidenti olub. V.Qriqoryan bundan əvvəl, Amerikanın  bir çox universitetlərində ya  rektor, ya prorektor, ya da digər rəhbər vəzifələrdə, Nyu York Kitabxanasının prezidenti olub.

Arien Mak müsahibələrində özünün yeni universitet ideyasını ilk dəstəkləyən 3 universitetdən birinin ABŞ -Braun və Kolumbiya Universitetlərinin olduğunu qeyd edir. Qriqoryan 10 ilə yaxın bu universitetin rektoru olub. Həmçinin, Kolumbiya universitetində erməni diasporunun geniş təmsil olunduğu da məlumdur.

th22.jpg (75 KB)

Vartanyan qlobal erməni diasporunun idarə edən, məlum Ruben Vardanyan və “Moderna Pfizer” vaksini istehsal edən milyonçu Nobar Afeyanla birlikdə beynəlxalq erməni lobbiçilik və xeyriyyəçiliyi institutu  Bəşəriyyət-İnsanlıq  üçün Avrora Mükafatı” təşkil edib, maliyyələşdrib. Dünya boyu qondarma soyqırımla bağlı Mərkəzlər və institutların yaradılmasını maliyyələşdirib. Daha bir vacib məsələ:Vartan Qriqoryan “Ermənistan və dünya ermənilərinin XXI əsrdə fəaliyyətinin əsasını təşkil edən, mütəşəkkil səfərbərliyi ilə bağlı yeni “Qlobal Erməni Milləti”adlı Strategiyanın əsas müəlliflərindən biridir.

th23.jpg (71 KB)

“Bəşəriyyət-İnsanlıq  üçün Avrora Mükafatı” dünyanın ən böyük lobbiçilik institutu hesab edilə bilər. Onun idarə heyətində, istərsə də, mükafatçıları sırasında ABŞ və Avropanın, dünyanın siyasi liderləri, dövlət başçıları, transmilli media maqnatları, elm və sənət sahəsində aparıcı isiçlər yer alıb.

Ümumilikdə deyilsə, Qriqoryan dünya erməniliyinin, qlobal diasporun siması olan şəxsdir-deyə bilərik. Belə ki, 2021-ci ildə vəfat etməsinə baxmayaraq, qlobal diaspora nəzdində “Qriqoryan   xatirəsinə” adı altında 10-larla yeni lobbiçilik, maliyyə, Azərbaycana qarşı səfərbərlik Mərkəzləri və Fondları yaradılması davam etməkdədir.

Haşiyə:yaxud Qriqoryanın gecikmiş etirafı.. Bir epizodu qeyd etmək  yerinə düşərdi: Qriqoryanın son dəfə iştirak etdiyi yubiley təqdimatı qlobal erməni diasporunun lobbiçilik və siyasi korrupsiya şəbəkəsinin miqyasını görmək üçün maraqlı misaldır. Samanta Pauerin açılışını etdiyi, Devid İqnatiusun moderatoru olduğu bu təqdimatda Vartan Qriqoryanın emosional bir etirafı “soyuq duş” təsiri bağışlayır. ..və   tarixi canlı yayımın bu hissəsi ermənilər tərəfindən nəzarət olunan internet seqmentdə kəsilib götürülüb. Burada V.Qriqoryan deyir.Sitat: “Mən bu gün çox duyğuluyam..çünki mən Təbrizdə (Cənubi Azərbaycan şəhərində-red.)böyümüşəm. Orada insan həyatı müqəddəsdir..orada kimsə qadına, uşaqlara əl qaldırmaz..”[4]

Bu sözlərin qlobal erməni diasporu və ona müzdla xidmət edən dünya elitası qarşısında söylənməsi gerçək “soyqırım təfəkkürünün” daşıyıcısının Azərbaycanlılar- Təbrizlilər- deyil, məhz ermənilərin olmasını sübut edir.Bu sözləri səslənməsi zamanı zalın tam sükuta qərq olması diqqəti cəlb edir.

  th24.jpg (47 KB)

th25.jpg (43 KB)

Bu kadrlar dünya boyu saxta soyqırım mərkəzlərini, tədqiqatlarını maliyyələşdirən V.Qriqoryanın həqiqəti kimi çox əhəmiyyətlidir. İnternetin erməni seqmentində onun kəsilməklə təqdim edilməsi-özünü ifşa faktı olmaqla yanaşı, ermənilərin doğrunu etiraf edən hətta “ən böyükləri” olsa belə, ona qarşı qəddarlığının göstəricisidir.

Beləliklə, Arian Makın öz dilindən onun maliyyələşdirənin kim olması məlum oldu. Bundan əlavə, “Sürgündə Yeni Universitetin ”bütün hesabatlarında sponsorlara təşəkkürlər edilir və burada indinin özündə də “Karnegi Korporasiyası” yer alır. Ermənilərin ən çox şəbəkələşdiyi Korporasiyanın,  Türkiyəni, deməli ona dost ölkələri, Azərbaycanı hədəfə almaqla yaradılan “Sürgün universitet” konsorsiumu maliyyələşdirməsi təəccüblü deyil. Sadəcə Qubad İbadoğlunun bunu dərk etməməsi ən azı təəccüblüdür. Hələ hər il təşəkkür edilən, adı açıqlanmayan fərdi donorların arasında ermənilərin çox olmasını təxmin etmək də çətin deyil.

 th26.JPG (47 KB)

Şəkil:Fransa Vartan Qriqoryana mükafat verir..

th27.jpg (71 KB)

Erməni diasporu “Sürgündə Yeni Universitetin” Məsləhətçilər Şurasının üzvlüyündə də geniş təmsil olunub.Məs., Sorosun yaratdığı, Azərbaycan “müxalifəti” də daxil olmaqla, “rəngli inqilab mütəxəssislərinin” yetişdirildiyi, hazırda Macarıstan rəhbərliyinin ölkədə fəaliyyətini qadağan etdiyi “Mərkəzi Avropa Universitetinin” rektoru Rusiya doğumlu  kanadalı erməni Mixael İqnatiev də buradadır.

th28.jpg (83 KB)

Maykil İqnatieff kimdir? O, Ermənistanla sərhədimizə qoşun göndərən Kanadada erməni soyqırımı parlamentdən keçirən lobbiçi liberal deputat olub. Bu xidmətlərinə görə, Sorosun yaratdığı, “rəngli inqilabçılar” yetişdirən  “Mərkəzi Avropa Universitetinin” rektoru təyin edilib.

 Şəkil: Kanada Erməniləri Konqresinin rəhbərləri Taro Alepian, həmçinin, Azad Çiçmanyan Liberal lider deputat Maykl İqnatyeffə saxta soyqırımı qətnaməsini parlamentdən keçirdiyi üçün təşəkkür edir, hədiyyə-ödənişlər edir. Kanada və dünya erməni diasporu onu doğmaları bilir, “ Iggy”-deyə çağırırlar.  ( The Congress of Canadian Armenians recently honoured MPs who had voted in 2003 to support a private member’s bill recognizing the Armenian genocide.)

Beləliklə, Maykl İqnatyeff- Qubad İbadoğlunun sığındığı sürgün şəbəkənin daha bir erməni idarə heyət üzvüdür. Digərləri də bu və ya başqa formada qlobal erməni diasporuna muzdla xidmət edən siyasi korrupsiya şəbəkəsinin üzvləridir.

 th29.jpg (28 KB)

th30.jpg (33 KB)

th31.jpg (34 KB)

Şəkil:İqnatieff və başçılıq etdiyi  Kanada deputatlarına saxta soyqırım tanıdıqları üçün erməni hədiyyələri

 th32.jpg (42 KB)

Arien Makı maliyyələşdirən ermənilər çox-çoxdur.

Himayədarlar Şurasının daha bir üzvü:  ABŞ-da Kennedidən Klintona qədər 8 prezident Administrasiyası(!) dövründə xarici işlər sahəsində Dövlət  Departamentinin rəhbər şəxslərindən olan səfir Edward Peter Cerecjandır.(Djerejian).O da, Ruben Vardanyan və Vartan Qriqoryanla birgə  “Qlobal erməni milləti” Strategiyasının azsaylı   müəlliflərindən biridir.

Bu qədər erməni maliyyəsi və siyasi dəstəyi Arien Mack  87 yaşında “Təzə Universitet” yaratmasın-bəs neyləsin?Bir əsrə yaxın yaşı olan Arien xanım, erməni diasporu ilə çox qaynayıb qarışıb..

Müsahibəsində, “Universitetdə çalışdınız  on illərdə hansı rektor sizin favoritiniz olub, sizi dəstəkləyib?”-sualına Arien Mak belə cavab verir:Mənim favoritin rektor Jonatan Fanton olub.Biz onunla çox yaxın dost olmuşuq.” Böyük vəzifələr tutan  Jonatan Fanton da Vartan Qriqoryanın can dostudur.

th33.jpg (81 KB)

Vartan Gregorian in Conversation with Jonathan Fanton.

 th34.jpg (56 KB)

th35.jpg (57 KB)

  • Kiyan Tacbəxş-Arien Makın “Sürgündə Yeni Universitet” yaratmaq ideyasının müəllifi və həmtəsisçisi, İran sevgisinin kökləri

Arien Mak “Akademik məbəd, ziyatərgah öhdəliyi”( Committing to Academic Sanctuary: An Interview with Arien Mack) adlanan müsahibəsində Universitet yaratmaq ideyasını eyni universitetdə birgə  çalışdığı iranlı həmkarı Kiyan Tacbaxşdan (Kian Tajbakhsh)aldığını bildirir.

th36.jpg (41 KB)

Sitat: “Mən çalışdığım “Yeni Məktəb” Universitetinin   fərqli bölmələrində dərs deyən, ikili İran və Amerika vətəndaşlığı olan bir gənclə dost oldum. Hələ  1990-cı illərdə, Berlin divarının yıxılması ilə başladığım Jurnal Bağışlama Layihəsini icra edirdim.   Vaxt  gəldi və  biz   Layihəni İrana gətirmək istədik. Bill Klintonun prezidentlik dövrü idi və İranla münasibətlər çox-çox yaxşı idi. Kian Tacbaxşın təklifi və dəstəyi ilə biz  İrana bir neçə səfərlər etdik və jurnalların çatdırlmasını təşkil etdik. Belə səfərlərin birində Kiyan İrana təkrar gedəndə həbs edildi.Mən onun azad edilməsi ilə bağlı geniş Petisiya imzalama   kampaniyasına başladım.”[5]

 th37.jpg (53 KB)

th38.jpg (142 KB)

th39.jpg (91 KB)

Kian Tacbaxşın tərcümeyi halı və fəaliyyəti, məcazi deyilsə, təkcə  adının “Matritsa” filminin baş rol ifaçısı Kiyanu ilə bənzərliyində deyil. Kian Tacbaxşın həyat və fəaliyyətinin gerçək “Matritsa” ilə assosiasiya yaratmasıdır.

Burada vaxt-imkan olmadığı üçün : hazırda da ikili vətəndaşlığı olan bu şəxs İran xüsusi xidmət orqanları əməkdaşı, ikili agent kimi Amerikada geniş İran lobbiçi qüvvələrlə işbirliyində olmasını sübut edən güclü arqumentlər var.

Təsəvvür edək: Kiyan Tacbaxş  İran dövlət strukturlarında, Mədəniyyət Nazirliyində, şəhər planlaması sahəsində rəsmi vəzifələr ttutub.Həm də Amerika vətəndaşı olub. Beynəlxalq əməkdaşlıq məsələlərinə baxıb. Həm də, Soros Fondunun əməkdaşı olub.

Əhmədinejatın prezident seçilməsinə qarşı etiraz aksiyalarında(Yaşıl inqilab) çıxış edən, Amerika-İran arasını “su yolu”na döndərib səfərlər edən bu şəxs aksiya gedişində  ömürlük həbs edilir. Bütün dünyanın  liberal cameəsi-indiki Qubad İbadoğlu misalında  olduğu kimi- “Kiyanı azad edin!”-hay-həşiri salır. Həbsdəki 5 ayda, ev dustaqlığında (!) olanda Amerikanın rəngli inqilab ixracı ilə bağlı pozucu fəaliyətindən bəhs edən film çəkilir və  məhbus kimi ABŞ-ı rəngli inqilab hazırlamaqda, başqa ölkələrə müdaxilə etmək fəaliyyətini ifşa edir.Ancaq  cəmi 5 ay sonra buraxılır, Amerikaya qayıdır..fəaliyyətini davam etdirir!?

Onun haqqında, İranda ikili vətəndaşlığı olan şəxslərlə bağlı xüsusi diqqət və siyasətin olmasını qeyd edənlər-çoxşaxəli fəaliyyət göstərməsini ehtimal edir. Qısası, Kiyan Tacbaxş ikili agent kimi Arien Makın Universitet təşəbbüsünün ideya müəllifi və həmtəsisçisi olur. Həmin vaxt Türkiyədə baş verən proseslərə geniş geosiyasi konteksdə nəzər salsaq, İranın belə bir təşkilat yaradılmasında qlobal erməni diasporu və Qərbin bəlli qurumları ilə bu planda birgə yer almasının çox sadə izahı var.

Türkiyəyə ,Azərbaycana qarşı yeni qeyri sabitlik ocaqlarının, saxta -süni müxalifət yetişdirməyin dividendləri təfərrüatlı şəkildə hesablanıb. Arien Makın dediyi kimi, Samanta Pauerin BMT-yə dəvəti və qərar verilməsi ilə bağlı artıq yuxarıda bəhs edildi.

Beləliklə, STM-nin əvvəlki tədqiqatlarında iran əsilli milyarder Pyer Omidyarın dünyada demokratiya və inqilab ixracında Sorosdan daha çox maliyyə ayırması, lakin adının arxa planda qalmasının səbəblərindən bəhs edib. Bu prizmadan baxdıqda, “Sürgündə Yeni Universitet” perpspektivlərə hesablanmış, konkret hədəfli bir  kimi Omidyar şəbəkəsi tərəfindən də dəstəklənir.

Kian Tacbaxş istər İranda dövlət strukturlarında çalışanda Ermənistanla şəhər-urban planlama sahəsində, mədəniyyət tarixi sahəsində birgə konfranslar təşkil edib. İran doğumlu erməni, İrəvanda 1996-cı ildən “İrəvan Dövlət Universitetində İranın maliyyələşdirdiyi “Qafqaz İranşünaslıq Mərkəzi”nə rəhbərlik edən, talışlar, kürdlər, Türkiyə mövzusunun, “Talış-İran tədqiqatları” qurumunun rəhbəri, Azərbaycana qarşı “Talış Milli Televiziyasının” verilişlərinin   kuratoru Qarnik Asatryanla birgə konfranslar təşkil edib.

th40.jpg (86 KB)

th41.jpg (98 KB)

Kiyan Arien xanımla birgə Qubad İbadoğlunun sığındığı mərkəzi təbliğ edir. Türliyədə kürd alimlərin müdafiəsinin vacibliyi vurğulanır.

th42.jpg (56 KB)

th43.jpg (41 KB)

th44.jpg (51 KB)

th45.jpg (60 KB)

Kiyan indi ernəni diasporası ilə sıx işbirliyindədir. Böyük vəzifələrdə çalışdığı üçün Sürgün universitetə  davamlı olaraq, mühazirələr oxumağa gəlir.  Kitablarını təqdim edir və təqdimatlarda ermənilər əsas məruzəçilərdir.

th47.jpg (114 KB)

th48.jpg (25 KB)

Beləliklə İran kimi dövlətin “Milli təhlükəsizliyə təhlükə, dövlətə xəyanət” maddələri ilə ÖMÜRLÜK həbs etdityi Kiyan Tacbaxşın CƏMİ 5 AY EV DUSTAQLIĞI sonrası azad edilməsinın səbəbi-şübhəsiz ki, onun həbsdən yeni ampluada, irana xidmət edən “Troya atı”missiyası ilə Amerikaya göndərilməsidir. Və o missiyasını intizamla icra edir.

Arian və universitetini  ABŞ-da mənzillənən İran diasporu da sıx dəstəkləyir. Qubad İbadoğlu ilə bəyanat verən  Şimali Karolina  Universitetinin  “Slavyan, Avrasiya və Şərqi Avropa”bölümünün  (CSEEES) [6]alimlər siyahısında adı, imzası keçən  Clavdiya  Yaquubi, Şimali Karolina Universitetinin (UNC) “Orta Şərq və İslan Araşdırmaları” Mərkəzinin direktorudur.(Claudia Yaghoobe. Roshan Cultural Heritage Institute New Elahé Omidyar Mir-Djalali Professor in Persian and Iranian Studies)[7]

Bu Mərkəzi, qlobal  rəngli inqilab və demokratiya ixracının ən böyük donoru, Sorosdan daha çox maliyyə ayıran “e-Bay”yaradıcısı milyarder Pyer(Pərviz) Omidyarın anası-İlahə Mircəlal Omidyar təsis edib və maliyyələşdirir.

Beləliklə, Qubad İbadoğlunun sığındığı universitetin yaradılması və  maliyyələşdirilməsidə qlobal erməni və qlobal İran diasporunun sıx işbirliyi sübutunu tapmış olur.  

Şəkil: Q.İbadoğluya dəstək müraciətini imzalayan K.Yaqubi. Direktoru olduğu Rövşən Fars Araşdırmalar İnstitutunu maliyyələşdirən ABŞ-da İran diasporunun güc mərkəzlərindən biri, İlahə və Pyer Omidyarlar ailəsi

 th49.JPG (40 KB)

  • “Sürgündə Yeni Universitetlə” paralel yaradılan Qərb mərkəzlərinin   əsil məqsədi, cəlb edilənlərə gerçək  münasibəti sürgünə gələn ilk Türkiyəli alimin dilindən

Araşdırma gedişində, “Sürgündə Yeni Universitetin” Türkiyəni tərk edən,  Fransada məskunlaşan Türkiyəli  alimin  təhlilində bir çox suallara cavablar tapırıq. [8]

Maraqlı məqam budur ki, Arienin Universitetinə ilk dəvət və cəlb edilən Türkiyəli sosioloq Cem Özatalay-2015-ci il dövlət çevrilişi sonrası baş verən proseslərlə paralel olaraq, Türkiyədən beyin axınını, alim-tədqiatçıları cəlb etmək üçün yaradılan  analoji Mərkəzləri sərt tənqid edib. Hazırda Qalatasaray Universitetinə qayıdıb çalışmaqdadır.

Cem Özatalayın təhlilində Qərbin cəlbedici təşəbbüsləri ilə  buraya axın edən Hərəkat üzvlərinin, ümumilikdə yağlı vədlərə inanaraq Türkiyəni tərk edən alimlərin  acınacaqlı taleyindən, onlara həmişə “2-ci sort”adamlar kimi yanaşılmasından, Qərbin real akademik çərçivəsinə heç bir zaman inteqrasiya şansları olmamasından, akademik ayrı seçkilikdən, xüsusilə, aparacaqları tədqiqatlarda ancaq Türkiyəni hədəfə almalarının diktə edilməsi kimi dəhşətli nəticələrdən bəhs edilir. Burada Arien Mack-ın Sürgün Konsorsiumuna cəlb edilən tədqiqatçıların da müsahibələri yer alıb.

“Təmizləmə, sürgün və müqavimət: Türkiyədə “Sülh Naminə Akademiklər” nümunəsində fakültələrin münaqişəsinə yeni  baxış” adlı təhlil müəllifi qeyd edir ki,Türkiyədən mühacirət edən akademiklərin, beyin axınının miqrasiyasında iştirak edən     şəbəkələrin yaradılmasına 21-ci əsrin ilk onilliyinin sonlarından başlanılıb. 11 sentyabr və ərəb baharı müharibəsindən sonra başlanğıcını götürən şəbəkələşməyə Böyük Britaniyada yaradılan "Qaçqın Akademiklərinə Yardım Şurası" (Council for Assisting Refugee Academics(CARA) təşkilatlar; 2002-ci ildə ABŞ-da təsis edilən  "Riskdə olan Alimlər o"("Scholar Rescue Fund (SRF); 2016-cı ildə Almaniyada yaradılan  Philipp Schwartz Təşəbbüs Təqaüdləri(Philipp Schwartz Initiative Fellowships); 2017-ci ildə Fransada yaradılan PAUSE Proqramı aid edilə bilər.

Sözü gedən təhlil müəllifinin də Arien Mack-ın “Sürgündəki Yeni Universitet”ində iki il çalışmaq imkanı olub. Sitat: “ Təcrübəm   mənə onları yaxından müşahidə etməyə imkan verib. Türkiyədə hələ işimdən qovulmamış,  fransız dilli bir akademik kimi mənim 2016-cı ilin sonlarında Fransada “PAUSE”-nin yaradılması prosesinin şahidi olmaq fürsətim oldu. 2017-ci ilin payızında “təbliğat terrorçuluğunda” ittihamı edildikdən sonra, ABŞ-da Arien Mack-ın “Yeni Sürgün Univüersitet” tərəfindən təklif edilən və   tədqiqatla bağlı müraciət etdim. 2018-2019-cu tədris ilində ABŞ-da olduğum müddətdə Türkiyədə yaşayan, eyni zamanda köhnə dostum olan təqib olunan işsiz həmkarımla birlikdə Almaniyada da, Off-University-də onlayn seminarda moderatorluq etdim. Bu 2 xarici təşkilatın hədəf qrupu-alimləri əsaasən sosial və humanitar elmlər üzrə alimlərdir. Burada mən onlara edilən təşəbbüslərin qlobal hegemon neoliberal ideologiyadan necə təsirləndiyini şəxsən qiymətləndirə bildim. Fransadan olan iki həmkarımla PAUSE Proqramının real nəticələrinə dair müsahibələrim, Sürgündə Yeni Universitet Konsorsiumunun təşəbbüskarı Arien Mackla bağlı “Qaranlıqda İşıq - Sosial Araşdırmalar üçün Yeni Məktəb və Sürgündəki Universiteti” kitabının müəllifi Judith Friedlanderlə, və s. həmkarlarla müzakirələr keçirdim.  Bu gedişatda: avtoritarizmə qarşı müqavimətin neoliberalizmə qarşı müqavimətdən ayrılmaması qənaəti formalaşdı..

Qısa deyilsə, müəllif, keşmiş  “gülənçi” alimləri mühacir kimi sürgünə cəlb edən təşkilatların sırf ideoloji niyyətlərə xidmət etdiyini, onlara inanıb gələnlərə diktə və şərtlər əsasında fəliyyət göstərdiyini, bunun akademik fəaliyyətə heç bir dəxli olmadığını -iç üzünü açıb göstərir.

Xüsusilə Fransa-Parisdə Gülənçi çevriliş sonrası müraciət edənlərin hamısının qəbul edilməsini “akademik zərurət ”olmadığını, siyasi məqsədlərə xidmət etdiyini sübut edir.

Aşağıdakı screen-lərdə müəllif “Sürgündə Yeni Universitet” nümunəsində Qərbə “azad mühit” arzusu ilə gedən alimlərin daha betər ideoloji təzyiq və diktə altına düşməsini, yerli alimlərlə müqayisədə çox az şanslı olmasını,ümumilikdə “akademik azadlıq” illüziyasının sadəcə bir şüar olduğunu müsahibələrlə,faktlar əsasında təqdim edir.”(Yenə orada..)

 4545454.jpg (92 KB)

6767676.JPG (150 KB)

  • Fətullah Gülənin yeni dirilişi? “Hizmətdən-Hicrətə”- şüarlı yeni mərhələnın bəyanı
  • Qubad İbadoğlunun qəfil hicrəti, “özünü-sürgünə” getməsinin gerçək səbəbləri

Haşiyə: Londonda, Qubad İbadoğlunun saxta “petro-nəzəriyyəsi” ilə bağlı təqdimat etdiyi Oxford Universitetində “Hizmət Araşdırmaları Mərkəzi” (Center for Hizmet Studies) fəaliyyəti göstərir. Mərkəzin internet saytında yazılır ki, hazırda hərəkatın 160 ölkəsində, ən böyükləri-ABŞ, Fransa olmaqla təmsilçilikləri mövcuddur?! Sitat “2014-cü ildə qurulan “Hizmət Araşdırmaları Mərkəzi” Londonda yerləşən qeyri-kommersiya təşkilatıdır və Türkiyədən çıxan, lakin hazırda təhsil vasitəsilə dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti  hərəkatı olan “Hizmet” haqqında məlumat, araşdırma, dialoq, yardımlaşma, media təhlil və tənqidlər təqdim edirHərəkat türk islam alimi və sülh tərəfdarı Fətullah Gülən tərəfindən ilhamlanmış və təşəbbüskarı o olmuşdur. Mərkəz həm akademik, həm də populyar auditoriya üçün “Hizmet”in tənqidi təhlilini asanlaşdırmaq və təqdim etmək məqsədi daşıyır. Onun təcrübələrinə resurs inkişafı və məlumat təchizatı, tədqiqat və nəşr, kurslar və müzakirə forumları daxildir.”[9] Mərkəzin direktoru da var

th50.jpg (22 KB)

Burada F.Gülən irsinin tədqiqi və təbliği işinə professor  Paul Viller baxır.  

th51.jpg (54 KB)

Fransada F.Gülən Mərkəzi “İslamla demokratiya mümkündür ”, lakin R.T.Ərdoöanla yox-məntiqli baş məqalələri Le Mond qəzetlərində manşet edilir. [10]

 th52.JPG (31 KB)

ABŞ-da gülənçi Atlantika İnstitutu:

th53.jpg (95 KB)

Deməli, hərəkatıla bağlı keçmiş zamanda danışmaq hələ tezmiş, hətta böyük təhlükəymiş.

Arien Mackın yaratdığı və ona bənzər mərkəzləri siyasi elmdə “təzyiq, maraq qrupları” ( The pressure group) maraqları müdafiə, xüsusi maraq-lobbi qrupları, assosiasiya və ya ictimai birliklər kimi də tanınan vəkillik-advocacy)qruplar-   ictimai rəyə və son nəticədə dövlət siyasətinə təsir göstərmək üçün yaradılır və istifadə edirlər. Təzyiq mərkəzləri/qruplarının iki əsas növü var: kənar və daxili təzyiq qrupları.( outsider and insider pressure groups)

Arien xanımın  "mərkəzləri" təzyiq qruplarının ən eybəcər formasıdır ona görə ki, onları ermənilər maliyyələşdirir, tamamilə ələ keçirib və müstəsna olaraq, Azərbaycana qarşı tətbiq edirlər. Müstəqil dövlətə təzyiq mexanizmi -matrisası olmaqla,  məqsəd həm  təzyiqi üçün dairəyə daha çox  təbəqələrinin daxil edilməsi, bununla da, ilk növbədə:1.milli birliyin; 2. milli elitanın; və 3. ictimai rəyin parçalanması//seqmentləşdirilməsi planları həyata keçirilir.

Qubad İbadoğlu nümunəsində süni yeni “sürgünçü-dissident” fiquru formalaşdırmaqla,  suveren daxili  siyasətə xarici müdaxilə və şiddətli     təzyiq etmək, yeni siyasi həbslər/qurbanlar görüntüsü formalaşdırmaq prosesinə start verməyə çalışılır. Bu prosesin pik nöqtəsinin qarşıdan gələn siyasi təqvim-seçki mövzümündə yüksələcəyi şübhəsizdir.

Amma və lakin..məhz buna görə də miqyaslı dezinformasiya hücumunu başından susdurmaq üçün onun əks-hücumu,i fşası təmin edilməlidir.

Azərbaycana qarşı bütün çirkin yolları və vasitələri sınaqdan keçirən bəlli xarici mərkəzlərin bu yeni planı da mütləq olaraq məhz ifşa nəticəsində iflas edəcək.

..Necə işdirsə bu mühacirət aşağı-yuxarı.. Hizmətin post-çevrilişi dövrünə təsadüf edib. Gülənin qlobal “Hizmətdən-Hicrətə-Sürgünə”paradiqması ilə sixronlaşıb.

Gülənçilik və nurçuluq” mövzusunun Türkiyədə hüquqi qiymətləndirilməsindən keçən dövrdə, bu hərəkatın sanki yoxa çıxdığı görüntüsü formalaşıb. Lakin hərəkatı 20 il tədqiq edən xarici alimlərin təhlillərinə nəzər saldıqda müdhiş bir mənzərə ortaya çıxır..

Əsil erməni revanşizmi kimi, “gülənçi revanşizmin, ona xas olan son dərəcə məkrli, susqun diriliş konsepsiyasının təfərrüatlı hazırlanması bəlli olur.

Azərbaycanda “nurçuluğun”təhlili olduqca bəsit olub, demək olar ki, son tendensiyalardan tamamilə bixəbər qalıb.

Gülənçi revanşizm-72 yaşlı məlum dini terrorizm hərəkatının banisi “Hizmətdən-Hicrətə”- qlobal paradiqmasını irəli sürüb.

Ölkəmizdə terror aktları törətdən  radikal dindarlara Avropa məhkəmələrində bəraət alanlar, qlobal antiAzərbaycançı, erməni vəkil mafiyası, orada gülənçi, PKK tərəfli radikal kürd  “Barış üçün Akademiklər ” hərəkatı üzvlərinə bəraət hökmləri də çıxarmaqda,əvvəlki iş yerlərinə qaytarmaq prosesi  fəallaşıb..

th54.jpg (81 KB)

Bu proseslər fonunda kifayət qədər kəmiyyətə malik olan, dünya elmi-akademik çevrələrdə bəslənən, himayə edilən şəbəkə  mühüm fiqur qismində diqqətdə saxlanılır.

Qərbin himayə etdiyi, bu gün də Amerika və Avropada Mərkəzlərinin “leqal” fəaliyyət göstərdiyi F.Gülənə bağlı qüvvələr son dərəcə fəallaşıb.Arien Mack-ın yaratdığı mərkəzlər tək deyil. Gənclərin bu mərkəzlər vasitəsi ilə təhsil adı altında beyinlərinin yuyulması istiqamətində də bəlli iş aparılır.

Qısası, F.Gülən əvvəlki mərhələdə elm və təhsil ekosistemini ideoloji təxribat üçün necə fundamental hesab edirdisə, indi daha çox qisasçılıqla həmin istiqamətdə yeni addımlar atmaqdadır.

 th55.jpg (152 KB)

Türkiyədə 2015-ci il dövlət çevrilişinin F.Gülən Amerikaya mühacirət edəndən tam 17 il sonra baş verməsi faktı, xəyanət arxasında onun şəbəkəsinin durması-olduqca düşündürücüdür. Bu o deməkdir ki, təxribatçı terror niyyətlər üçün “istifadə müddəti” anlayışı yoxdur.

Eyni ilə, Gülənçi hərəkatın “ belinin qırılması” düşüncəsi də gerçəklikdən çox uzaqdlr..

  • “Gülənçi dirilişin” yeni qlobal devizi : “Hizmətdən-Hicrətə”. Türkiyədən dünyaya hicrət, ikinci diasporlaşma və yeni revanş səfərbərliyi

 “Gülən-Hizmət” hərəkatının mərhələləri: “ağlayan mömin obrazından, şəbəkələşmiş  quruma, dövlət çevrilişindən sonra isə yeni şüar elan etməklə, qisasçılıq kimi geridönüşə hədəflənməsi” ilə bağlı təhlillər geniş yayılmaqdadır.

“Gizli səyahət-hicrət kimi: Braziliyadakı Gülən Cəmiyyətində Sürgün Təcrübələrinin Yeni baxış”(“Travel as hicret: (Re)Framing Experiences of Exile in the Gülen Community in Brazil”)adlı məqalədə

 “Hazırda Braziliyada məskunlaşan Gülən  ardıcıllarının “Hizmətdən-Hicrətə” şüarını islami bir çərçivə olaraq   səfərbərlik və Peyğəmbərin yolu ilə davam etmək mənasında ideoloji- mənəvi təməllər seçməsi qeyd edilir.  Bu yeni şüarın həm də   insanın iqtisadi və siyasi kontekstdəki dəyişikliklər trayektoriyasında: səyahət, mühacirət və diaspora ilə bağlı mənaların yenidən konfiqurasiyasına, müxtəlif motivasiyalı  səbəb ola biləcəyi vurğulanır.

Davam edirik.Sitat: “Burada   Gülən Hərəkatı ilə bağlı iki əsas anlayış olan “hizmet” (dini xidmət) və “hicret” (mühacirət,sürgün) arasındakı əlaqələrin təkamülü əsas məsələdir. Türkcə “hizmet” sözü “ilahi xidmət” (hərfi mənada “xidmət”, “lütf” və ya “öhdəlik”) mənasını verən ərəbcə “xidmət” sözündəndir.   “Hizmet” hərəkatında, ardıcıllar Gülənin dünyagörüşünün bütün dünyaya yayılması, dini liderlərinin “sivilizasiya” layihəsini həyata keçirmək üçün məşğul olduqları fəaliyyətlərə sərmayə qoydular.  Hazırkı mərhələdə başlıca diqqət- “Hizmətin- Hicrətə Transformasiyası” ilə bağlı  Gülənin mesajının yayılmasının miqyasına yönəlib. “Hicrət” ərəbcə “hicra” sözünün türkcə variantıdır və hərfi mənada “gediş”, “hicrət” və ya “qeyb” kimi tərcümə edilə bilər və ilk növbədə Məhəmməd peyğəmbərin hicri 622-ci ildə Məkkədən Mədinəyə hicrətinə işarə edir .

F.Gülən öz hərəkatının yeni mərhələsini Türkiyədəki   siyasi mənzərə ilə əlaqəli islami çərçivədə şərh edir. Hazırkı dövrü hərəkatda “Hicrət” anlayışı, Quran terminologiyası ilə ifadə edir. Onun yanaşmasında Hicrət “Müqəddəs Hicrət” olaraq təyin olunur ki, bu da tam mənada Məhəmməd peyğəmbər tərəfindən yerinə yetirilib, “onun izi ilə gedənlərə”  hərəkət nümunəsi olub.

Beləliklə, F.Gülən, 2016-cı ilin iyul ayından sonra,  Hərəkat tarixində    davamçılarının ikinci diasporlaşması ilə   yeni bir mərhələ qurmağı bəyan edib. 1-cidən fərqli olaraq, 2-ci diasporlaşma  fərqlidir. Çünki 1-ci- itkilər və məcburi sürgünlə yadda qalıb.  Hərəkat xronologiyasının hazırkı mərhələsi Hizmət və Hicrət arasındakı   sonsuz əlaqəni ifadə edir. Bu kontekstdə xarizmatik dini liderin sürgün edilməsi onun ardıcılları (və dolayısı ilə də olsa özü) tərəfindən “Hicrət məkanında Hizməti yerinə yetirməyin”   mükəmməl nümunəsi kimi şərh edilir. Əgər davamçıları Gülənin özünü-sürgün etməsini(məlumdur ki, onun Amerikaya getməsi məcburi deyil, özünüsürgün kimi baş verib) onun haqlı olması və Peyğəmbərə oxşamasının sübutu kimi qəbul edərsə, dini liderlə missiya yerinə yetiriləcək.

Qısası,sitat: “ Uğursuz çevriliş və onun nəticələri gərginlik, əzab,sürgün və ədalətsizlik hissi ilə xarakterizə olunan təcrübəsi kollektiv böhrana səbəb olsa da- bu təcrübə dindar üçün zəruri idi. Hazırkı mərhələdə : “Peyğəmbərin yolu: Hicrət məkanında  Hizmət göstərmək”-yolun məqsədi elan edilib.”-( The Prophet’s Path: Performing Hizmet in the Space of Hicret). Beləliklə,"Hizmət və onun məqamları: diasporalaşma, məcburi sürgün və hicrət", “Hicret, Türkiyədən Uzaq və Allaha Yaxın”şüarlar hazırda  Türkiyədən kənarda baş verən siyasi, iqtisadi və sosial inkişaf proseslərinin məzmunudur. Türkiyəyə din və müasir elm sahəsində təhsil alan yeni nəslin yetişdirmək layihəsinə yönəldilən “hizmət”  hazırda  Türkiyə sərhədlərindən kənarda hicrətlə  davam edir.

 F.Gülən hərəkatının süqut etdiyini düşündüyümüz halda, onun diriliş konsepsiyasını irəli sürməsi, bu konsepsiyada “hizmətdən-hicrətə” devizinin təməl elan edilməsi-bütün bunlar düşündürücüdür.

Qubad İbadoölunun gülənçi tədqiqatçı-alimlərin cəlb edildiyi “Yeni Sürgündə Universitet” təşkilatının, gülənçi hərəkatın elan etdiyi yeni mərhələ-şüarla eyni vaxtda təsadüf etməsi, əksər müraciət edənlərin Türkiyədən olması, Qubad İbadoölunun da bu “özünüsürgünçülər”arasında yer alması məntiqi paralellərin aparılmasını zəruri, onu himayə, təsis  edən və maliyyələşdirən erməni, iranlı və Azərbaycana düşmən qüvvələrin təfərrüatlı  plan cızmasından, reallaşdırmaq cəhdlərindən xəbər verir.

Qubad İbadoğlunun könüllü sürgün etdiyi (F.Gülənlə bağlı deyilən “self exile-özünüsürgün”) nə elmi, nə də akademik olmayan, orada 2 il acı təcrübə keçən türkiyəli alimin açıqladığı kimi, “sırf neoliberal ideoloji mərkəzdə”niyə  peyda olması ilə bağlı suallara məntiqli cavabı varmı?

Tərcümeyi halında bu qədər yalan qrafaları heç bir elmi mərkəzin qəbul etmədiyi halda özünü alim adlandırması, sonda “sürgün konsorsium-yataqxanasında” mənzillənməsinin, hər il sədəqə kimi bir təşkilatda kurs yeri verilməsinin izahı, məqsədi nədir?

Özünüsürgündən-son gəlişinin səbəbi-gerçək “nəsli kəsilən, təhdid edilən” etiketini almaq üçünmü idi? Füzuliyə Qayıdış əvəzinə, Novxanıdakı bağ evinə qayıdışın məqsədləri ilə bağlı sifarişlər nədən ibarət olub?və s. Bu və s.çoxsaylı suallara CV qrafalarındakı kimi yalan, sosial şəbəkələrdəki kimi iqtisadi dezinformasiya məzmunlu cavablar-təbii ki, keçməyəcək.Gerçəklər ortaya çıxacaq.

Məgər “böyük alim” sığındığı “Sürgün Universitetin” təsisçi və maliyyəçilərinin erməni və iranlı olmasını araşdıra bilməzdimi?

Məgər, Qarabağlı bir alim  yaratdığı “Sürgün Unicersitetin” məramı kimi özü də nimdaş, “sroku keçmiş” Arien Mack-“nənəyə” 30 il qaçqın düşən “sürgündə Xankəndi universitetini”yaratmağı, tam 30 il didərgin düşmüş yüzlərlə azərbaycanlı qaçqın tələbə, elmi tədqiatçı, qarabağlı alim, sənətkar, mədəniyyət, təhsil mütəxəssislərini dəstəkləməklə bağlı təkliflər verə, sadəcə Arieni götürüb ermənilərin  qoyduğu Füzulidə, Qarabağda yerlə yeksan edilən elm-təhsil müəssisələrini, alim-tələbə heyəti etnik təmizləməyə məruz qalan Xankəndi Universitetini görməyə dəvət edə bilməzdimi?

  • Qubad hekayəsinin sonu, gerçək planı əvvəli: kleptokratiya oyunları
  • “ABŞ və Avropanın Kleptokratiyanı durdurmaq. Aqressiv korrupsiyaya qarşı Birgə Strategiya”adlı sənədiz izi ilə
  • Azərbaycana qarşı dezinformasiya müharibəsində “Qubad İbadoğlu “Blitskriq-Barbarossa hücumu” kimi. Qərb vakansiya elan edib: “ölkəni dağıtmaq üçün mütəxəssislər tələb olunur, əsas “meyarlar” dövlətinə xəyanət, “zəhmət haqqı-“Qrant- ömürlük təmin edəcək səviyyədədir.”

Haşiyə:Yeni Nomenklatur süni müxalif obrası  B.Hacıyev, otuz illik digərləri..

Axı nə baş verdi? QHT rəhbəri kimi  karyerası,   ailə podratı kimi təsis etdiyi, qardaşlardan ibarət   heyətin idarə etdiyi İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) də, buraya  sel kimi axın edən xarici qrant layihələri-bunlar hamısı var idi. Q.İbadoğlunun son cəmi bir neçə ildə “tədqiqatçı-iqtisadçı obrazından düşmən səngərində yer alan  dövlətin düşməni”obrazına qədər təkamülünü   izləmək bir çox suallara aydınlıq gətiirir.

Bir iqtisadçının siyasətdən yazmasına hər hansı qadağa yoxdur, amma və lakin....“Bazar, pul, sövdələşmə” paralellərini həyatının məqsədinə, Vətən, dövlət, Azərbaycan dəyərlərini alqı-satqı predmetinə çevirməyin əfvi yoxdur.

“Gülənçi diriliş” əvvəlki mərhələsində olduğu kimi, bu dəfə də “yalnız təhsil”-şüarı ilə beyinlərə,ölkələrə sızmaq  taktikasını yeniləyib. İbadoğluya təsis edilməsi diktə edilən   qurama fond bu prizmadan təhlil edilməlidir.

 AGTF- Azərbaycana və Türkiyəyə qarşı Fetoçu şəbəkənin yeni filialı- gənclərin beyin yuma mərkəzi kimi düşünülüb..

Sitat:İctimai mənafe üçün [15-30 yaş arası] azərbaycanlı gənclərin təhsilini xeyriyyə təşkilatlarının qəyyumlarının uyğun hesab etdiyi üsullarla təşviq etmək, o cümlədən: 1. belə şəxslərə hər hansı universitetdə, kollecdə, ali və ya əlavə təhsil müəssisəsində təqaüd və ya qrantların verilməsi; 2. beynəlxalq konfranslarda, simpoziumlarda, sərgilərdə, müsabiqələrdə, tədqiqatlarda və mübadilə proqramlarında iştirakın dəstəklənməsi üçün qrantların verilməsi. 3. Azərbaycan gənclərinin təhsilinin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə köməklik göstərmək..” Oxu:Azərbaycan gəncini özünün natamam tədqiqatçı gününə salmaq..

th56.jpg (94 KB)

Eyni zamanda, Bu böyük planların sadəcə bir bəndidir.

Bir neçə ayın tamamiında bu Fondun Natali Luazo, Rafael Qluksman və qeyrilərinin iştirakı ilə təqdimatı keçiriləcək idi. Bir qədər əvvələ daha doğrusu ilin əvvəlinə baxaq.

Cari 2023-cü ilin yanvar ayında Atlantik Şuranın (The Atlantic Council ) “Avropa Mərkəzi” Hesabat  təqdim edir.  Hesabat “Kleptokratiyanı durdurmaq. ABŞ və Avropanın aqressiv korrupsiyaya qarşı strategiyası” adlanır.

th57.jpg (56 KB)

Təqdimatda AABŞ  və Avropanın liderləri iştirak edir.

th58.jpg (110 KB)

Təqdimat sonunda qətnamə bəyanat qəbul edilir.

“Təkcə transatlantik birlikdə deyil, bütün dünyada demokratik qüvvələr avtoritar kleptokratiyaların getdikcə daha intensiv hücumlarına məruz qalır. Öz güclərini saxlamaq və genişləndirməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Eyni zamanda, öz paytaxtlarımızda və maliyyə mərkəzlərimizdə bu qüvvələr nəinki istəkli dəstəkləyicilər, həm də bütün sistem və strukturları o qədər zəif tənzimlənmiş şəkildə tapdılar ki, kleptokratların yüksəlişinə təkan verdilər. Bu səbəbdən, biz bu hesabatın Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa İttifaqının avtoritar kleptokratiyanın demokratiyaya zərər vurmaq üçün korrupsiyanı silahlandırmaqda artan təkmilləşməsi ilə mübarizə aparmaq üçün birgə səylərinin yenilənməsi ilə bağlı mərkəzi tövsiyəsini alqışlayırıq. Yalnız daxildə və xaricdə korrupsiyaya qarşı durmaqla və bu məsələni uzun müddət səciyyələndirən institusional uğursuzluğu və zəif idarəçiliyi qəbul etməkdən imtina etməklə biz demokratiyalarımızı qeyri-qanuni maliyyədən adekvat şəkildə müdafiə etməyə ümid edə bilərik.”

İmzalara diqqət…

Ardı var…

th59.jpg (140 KB)

Nəticə: Vətən müharibəsində zəfərdən-dezinformasiya müharibəsində qələbəyə

TERANE.jpg (80 KB)

Müəllif: Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, sosial fəlsəfə üzrə elmlər doktoru, milli təhlükəsizlik və hərbi humanitar elmlər üzrə professor

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR