İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbanovdan "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizəd olmasına MÜNASİBƏT

1115 20.04.2024 22:46 İdman A A

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olmasına münasibət bildirib.

O, Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ"yə qarşı keçirilən matçdan (2:2) sonra bununla bağlı deyib:

"Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir".

Qeyd edək ki, "Beşiktaş"ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında Qurban Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib. (Redaktor.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR